Bu dövlət qurumu işçi axtarır - 720 manat maaş

Bu dövlət qurumu işçi axtarır - 720 manat maaş
 Dövlət İmtahan Mərkəzi (DİM) İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinə işçi qəbulu elan edib.
 

Sfera.az  DİM-ə istinadən xəbər verir ki, vakant vəzifələr üzrə müsahibədə iştirak üçün müraciət edən namizədlər vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidirlər.

Vakant vəzifələr aşağıdakılardır:

Struktur bölmə: İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi

Vəzifənin adı: məsləhətçi

Aylıq vəzifə maaşı: 720 manat

Əsas qulluq funksiyaları:

DİM tərəfindən keçirilən imtahanların digər tədbirlərin təşkili və keçirilməsini təmin edən kompüter sisteminin proqram təminatının yaradılması, müşayəti və istismarı səlahiyyətləri çərçivəsində daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi
rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi
Vəzifənin tutulma şərtləri

Təhsilə dair tələblər: ali təhsil

İş stajına dair tələbi: tələb müəyyən edilmir

İT biliklərinə dair tələblər: proqram təminatının Microsoft Visual Studio .Net, Borland Delphi kimi integrə edilmiş işlənmə mühitləri, müvafiq proqramlaşdırma dilləri; məlumat bazalarının idarəetmə sistemləri (MS SQL Server, Oracle), Transact SQL, Oracle SQL dilləri.

Xarici dil biliklərinə dair tələblər: ingilis dili - yaxşı, rus dili - yaxşı.

Müraciət etmək istəyənlərdən müraciət formasını buradan yükləyib tam dolduraraq 2020-ci il fevralın 29-dək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (elektron məktubun mövzu hissəsində "İşə qəbul” sözləri yazılmalıdır). Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.



OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...