Maqazİn

Bu dünya ulduzu 13 ildir mobil telefondan istifadə etmir

Bu dünya ulduzu 13 ildir mobil telefondan istifadə etmir

İngilis pop müğənnisi Robbi Uilyams etdiyi etirafla gündəmə gəlib.

"The Guardian”ın məlumatına görə, məşhur müğənni 13 ildir ki mobil telefondan istifadə etmədyini deyib:

"2006-cı ildən bəri telefonum olmayıb. Mən həmişə kompüterdən istifadə edirəm, həmişə internetə çıxışı var”.

 

Robbi sosial media hesablarının şifrələrinin onda olmadığını, bu məsələdə yardımçılarının köməyindən istifadə etdiyini bildirib.

2018-ci ilin yayında Uilliams Rusiya ilə Səudiyyə Ərəbistanı arasında keçirilən futbol üzrə Dünya Çempionatının ilk matçından əvvəl Moskvadakı Lujniki stadionunda çıxış edib. Robbi səhnədə olarkən göstərdiyi ədəbsiz əl hərəkətindən də danışıb. Onun sözlərinə görə, bu hərəkətin açıqlaması "Mən bunu pulsuz etdim” kimidir. (oxu.az)

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031