Bu dəhşətli xəstəlik hər kəsi ŞOKA SALACAQ – Koronavirus onların yanında “HEÇ NƏDİR”

Bu dəhşətli xəstəlik hər kəsi ŞOKA SALACAQ – Koronavirus onların yanında “HEÇ NƏDİR”
 

Dünyanı bürüyən koronavirus pandemiyasına görə bir çox ölkədə ciddi izolyasiya tədbirləri görülür. Bu çərçivədə əyləncə və istirahət mərkəzləri bağlanıb. Hətta bəzi iş yerləri də bağlanaraq işçilərə evdən çalışmağa davam etmək tapşırılıb.


Sfera.az  Publika.az-a istinadən bütün dünyanın çətin günlər yaşadığı dövrlərdə pandemiya faciəsinin ortaya çıxardığı vəziyyəti göz önünə sərən məşhur filmlərin siyahısını təqdim edir.

"Kassandra Keçidi” (Cassandra Crossing)

25 oktyabr günü, günortadan sonra "Transcontinental Express Cenova” stansiyasından min sərnişinin olduğu qatar hərəkət edir. Paris, Brüssel, Amsterdam, Kopenhagen və Stokholm şəhərlərindən keçən qatara ölümcül bir virus daşıyan məhkum gizlicə daxil olar və mikrob sərnişinlərə yoluxar. Epidemiya yayılarkən iki çarə qalar: ya qatar yox ediləcək, ya da bütün vaqonlara keçmədən təcili tədbir görüləcək.

 

Mistik Olay (The Happening)

Qəribə, qorxunc və bənzəri görülməmiş bir böhran Mərkəzi Parkda ortaya çıxır. Liseydə professor olan gənc adamla həyat yoldaşı və kiçik qızı bu olaydan necə xilas olacaqlarını düşünmək məcburiyyətindədir. Film təbii fəlakətlərin artdığı coğrafiyanı və dünyanın sonunun yaxınlaşdığını hiss etdirən zamanı Moor ailəsinin vasitəsilə gözlər önünə sərir.


Karantin (Quarantine)

Televiziya müxbiri işləyən Encl Vidal kameramanı ilə birlikdə Los-Anceles yanğınsöndürmə məntəqəsindəki xəbərin ardınca düşür. Gecə növbəsini proqramlarına qonaq etmək üçün gözləyərkən 911 çağrı mərkəzinə gələn zəng gecəni dəhşətə çevirir. Getdikləri kiçik binada bir qadının qandonduran çığırtısı eşidilir. Qadın nə olduğu anlaşılmayan bir şeyin təsirinə düşüb. Bina karantinə götürülür. Bütün əlaqə vasitələri kəsilir. Karantin müddəti başa çatandan sonra yeganə sübut olaraq kameranın qeydləri qalır.

28 Gün sonra (28 Days Later)

Londondakı bir araşdırma mərkəzinin sınaq üçün saxlanılan meymunları bir qrup fəal tərəfindən sərbəst buraxılır. Meymunlar ətrafa ölümcül virus yayır. Virusa yoluxanlar 15 saniyə sonra insani xüsusiyyətlərini itirir, cinayətə meyilli hücumçulara çevrilir. Epidemiya sürətlə yayılarkən xəstəxanada olan Cim 28 gün sonra komadan oyanır. Küçəyə çıxdığı zaman bütün şəhərin kabusa çevrildiyini görür. Bu zaman ərzində nə olduğunu anlamağa çalışan Cim virusdan yalnız Selena və Markın yardımı ilə xilas olur.

Vəba günlərində eşq (Love in the Time of Cholera)

Qabriel Qarsia Markezin romanı əsasında çəkilən filmdə Kolumbiyada Böyük Müharibədən sonra yaşlı bir adam pilləkəndən yıxılır və ölərkən həyat yoldaşına olan böyük eşqini dilə gətirir. Cənazədən sonra bir adam dul qalan qadını axtarır və qadın onu rədd edir. Hadisədən 50 il geriyə gedilir. O əsnada Florentino Ariza adlı teleqrafçı uşaq Fermina Dazaya aşiq olur. Ariza qətiyyətli və inadkardır. Yazıçı, ssenarist kimi işləyir və şeir oxuyurmuş kimi eşqdən bəhs edir. Ataları gəncləri ayrı saxlamağa çalışsa da, bir müddət sonra Fermina bu eşqi illüziya kimi görməyə başlayır. Bir müddət sonra fizik Urbino ilə evlənir. Ariza isə illərlə heç bir qadını sevmir. Lakin bir çox qadınla birlikdə olur.


Epidemiya (The Crazies)

Film Orta Qərbdə səssiz, sakit bir qəsəbədə yaşayan bir cütlüyün bir-bir dəli olan dostlarına və yaxınlarına qarşı həyat mübarizəsindən bəhs edir. Şəhər sularına qarşına naməlum bir zəhərli maddə qəsəbə sakinlərini psixopat qatillərə çevirir. Bunu görən vəzifəlilər qəsəbəni karantinə almağa qərar verirlər. Kənardan baxılanda hər şeyin qüsursuz göründüyü qəsəbə sakinlərinin nəzarətlərini itirərək caniyə çevrilmələri ilə Amerika röyası başa çatır. Epidemiyanın qarşısını almağa çalışan hərbi sturkturlar qəsəbəyə giriş-çıxışı əngəlləyəndə içəridə sağlam qalanlarla caniyə dönənlər arasında xaos başlayır.


Epidemiya (Contagion)

Hava və tənəffüs yolu ilə rahatlıqla keçən və insanları bir neçə gün içində öldürən ölümcül bir virus epidemiyaya çevrilir. Dünya miqyasında mütəxəssislərdən ibarət tibbi briqada həm epidemiyaya çarə tapmağa çalışır, həm də insanlarda virusdan daha sürətlə yayılan təşvişi nəzarətə almağa çalışır.

Təhdid (Outbreak)

Yoluxucu xəstəliklər üzrə mütəxəssis ölümcül bir virusu araşdırmaq üçün ezam edilir. Araşdırmalar nəticəsində virusun ABŞ-dan gəldiyini təsbit edir. Bu virus tədbir alınmasa, bir neçə həftə ərzində bütün Amerikanı yox edə biləcək qədər təhlükəlidir. Mütəxəssis keçmiş həyat yoldaşının köməyi ilə Kaliforniyadakı bir qəsəbədə başlayan epidemiyanı nəzarətə almağa başlayır.

Korluq (Blindness)

Adı naməlum bir şəhərdə nə olduğu anlaşılamayan yoluxucu xəstəlik baş qaldırır. "Ağ korluq” adlandırılan xəstəlik bir nəfərdən başqa hamıya keçir. Bu şəxs də göz həkiminin həyat yoldaşıdır. İnsanların çətin vəziyyətdə qaldığını görən bu qadın ailəsini və bütün şəhəri xilas etməyə çalışır.


Ölümcül Sınaq (Resident Evil)

Rakkun şəhərinin ətrafında "Umbrella Corporation” adlı şirkət tərəfindən idarə edilən "Hive” adlı genetik araşdırma mərkəzi yerləşir. Araşdırmalar zamanı sınaqlardan birində ortaya çıxan "T-virus” adlı virusu ələ keçirən bir oğru onu binaya yayır. Virus "The Red Quinn” adlı süni intellekti ələ keçirir və sonra mərkəzdəki hər kəsə yoluxmağa başlayır. Bütün heyət zombiyə çevrilir və onlar "Red Quinn” tərəfindən idarə olunur. Onun qarşısını almaq üçün mərkəzə gələn komanda süni intellektlə savaşır.

Qrip (Flu)

Bilinməyən bir xəstəlik anidən baş qaldırır, regional faciəyə səbəb olur. Xəstəlik tənəffüs yolu ilə keçir və virus yoluxduqdan 36 saat sonra ölüm gerçəkləşir. Epidemiyanı nəzarətdə saxlaya bilmək üçün fərdlər çarəsiz şəkildə mübarizə aparırlar.


 


OXŞAR XƏBƏRLƏR