Bu da təzə marşrutların siyahısı - Evə getməyin asan yolu

Bu da təzə marşrutların siyahısı -  Evə getməyin asan yolu

"BakuBus" MMC-yə məxsus "Iveco" sərnişin avtobuslarının paytaxt ərazisində hansı marşrutlar üzrə xidmət göstərəcəyi məlum olub. 

Sfera.az Baku.WS-ə istinadən xəbər verir ki, həmin marşrutlar gələn aydın xidmətə başlayacaq.

İlkin olaraq yeni gətirilən avtobuslar bu xətlər üzrə hərəkət edəcək:

1 nömrəli marşrut avtobusu "Koroğlu" m/st - "28 May" m/st

2 nömrəli marşrut "20 Yanvar" m/st - "Azadlıq" m/st - Ziya Bünyadov

3 nömrəli marşrut "Azadlıq" m/st - "Elmlər" m/st

4 nömrəli marşrut "N.Nərimanov" m/st - "Xətai" m/st

5 nömrəli marşrut "N.Nərimanov" m/st - 20-ci Sahə

6 nömrəli marşrut "Azadlıq" m/st - 20-ci Sahə

7 nömrəli marşrut "Azadlıq" m/st - Ziya Bünyadov - 20-ci Sahə

8 nömrəli marşrut "Azadlıq" st - "28 May" m/st

9 nömrəli marşrut "N.Nərimanov" m/st - "Caspian Mall"

10 nömrəli marşrut "N.Nərimanov" m/st - Azneft dairəsi

11 nömrəli marşrut "N.Nərimanov" - "Elmlər Akademiyası" m/st

12 nömrəli marşrut "20 Yanvar" m/st - 20-ci Sahə

13 nömrəli marşrut "20 Yanvar" m/st - "Koroğlu" m/st

14 nömrəli marşrut "20 Yanvar" m/st - "Xətai" m/st xətti üzrə hərəkət edəcək.

Verilən məlumata görə, "BakuBus” ictimai nəqliyyatında vahid kart (BakıKart) tətbiq olunacaq.

"Həmin avtobuslarda nəğd ödəniş qəbul olunmayacaq. "BakıKart”-ın alınması və istifadə qaydası cox rahatdır. Kartları Metro stansiyalarındakı "BakıKart” terminallarımızdan və sizə ən yaxın  "BakıKart" terminallarından əldə edə bilərsiz. "BakıKart" terminalları yalnız nəğd ödəniş qəbul edir. "BakuBus” sərnişinləri gediş məntəqəsinə gecikməmək üçün vaxtında təyin olunmuş dayanacaqlarda olmasını xahiş edir”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, yeni avtobuslarda əlil insanların istifadəsi də nəzərə alınıb. Pilləkanın olmaması sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Avtobuslarda quraşdırılmış panduslar əlil arabalarının hərəkət etməsi üçün şərait yaradır. Fiziki qüsuru olan insanlar avtobusa rahat qalxıb-düşmələrinə sürücülərimiz köməklik göstərir. "BakuBus" bildirir ki, fiziki qüsuru olan sərnişinlərə standard qiymət tətbiq olunacaq.

 Gedişhaqqı isə 20 qəpik təşkil edəcək.


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...