Bu da Nigarın Londondakı evi - VİDEO

Bu da Nigarın Londondakı evi - VİDEO
ATV-də yeni yayımlanan "Bizim xaricilər” verilişinin ilk qonağı "Eurovision 2011” qalibi Nigar Camal olub.

BiG.AZ xəbər verir ki, sənətçi Londondakı evini, oradakı həyat tərzini nümayiş etdirib:

"Evimdə hər şey çox sadədir. Pəncərədən baxsaq görərsiz ki qarşı tərəfdə varlılar yaşayır. Bu tərəfdə isə kasıblar... Evdə royalım var. Bəzən elə əhval-ruhiyyədə oluram ki, sadəcə royalın arxasında mahnı bəstələyirəm. 

Burada qaz, işıq çox bahadır. Azərbaycandakı kimi qaz, işıq pulunu ödəməyəndə pulyığan qapıdan qayıtmır. Birbaşa məhkəməyə verir, cərimə ödətdirirlər.Burada qışqırmaq olmaz, mənsə əməl etmirəm. Ona görə də həftədə bir dəfə qonşulardan şikayət məktubu alıram.

Hər zibili ayrı qaba atmalısan. Mənsə hamısını bir torbaya yığıb, eyni yeşiyə tullayıram. Bu yaxınlarda qonşu şikayət məktubu yazıb ki, zibilləri ayırın. Əgər əməl etməsəm, məhkəməyə verəcək".



OXŞAR XƏBƏRLƏR