Krİmİnal

Bu da əmisi oğlunun arvadını qaçıran oğlanın öldürüldüyü yer - FOTO

Bu da əmisi oğlunun arvadını qaçıran oğlanın öldürüldüyü yer - FOTO
Oktyabrın 22-də 2 uşaq anası olan Aynuru qaçırdığı üçün qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülərək öldürülən 27 yaşlı Elşadla bağlı xəbərlər ölkə gündəmini zəbt edib.
 
"Bizimləsən" proqramı Quba rayonunun Tülər kəndində baş verən tükürpədən olayın baş verdiyi yerdə çəkiliş edib.
Elşadın bibisi kimi özünü təqdim edən qadın bunları deyib:

"Mən bu işlərə çox pis baxıram. Günahı var idi, qanun qarşısında cavab verməli idi. Bu dərəcədə vəhşicəsinə öldürmək hansı qanunda yazılıb? Günah qadındadır".

Qeyd edək ki, öldürülən şəxsin "3 mərasimi"ndə 4 nəfər iştirak edib. 1000 nəfərlik əhalisi olan kəndin sakinlərinə yas mərasimində iştirak etməməkləri üçün söyüş qoyulduğu deyilir.

Xatırladaq ki, Elşadı evindən 200 metr aralıda kənd camaatı linç edərək öldürüb.

Qətlin baş verdiyi ərazidən fotoları təqdim edirik:
 
 
 
/Milli.az

 
AdRiver

XƏBƏR LENTİ