Dünya

“Bu cür yaşamaqdan utanırıq” – Ben Ladeni öldürən adam

“Bu cür yaşamaqdan utanırıq” – Ben Ladeni öldürən adam
2011-ci ilin may ayında Pakistanda keçirilən əməliyyatda "Əl-Qaidə” liderini öldürən elit komandanın əsgəri O`Neill radikal ideologiyalarla mübarizə aparılması sahəsində zorakılıq metodlarından daha çox təhsil metodlarından istifadənin lazımlı olduğuna inandığını deyib.

Sfera.az xəbər verir ki, 11 sentyabr terror aktının 17-ci ildönümündə İngiltərənin İTV kanalının qonağı olan 42 yaşlı ehtiyatda olan zabit əməliyyat əsnasında Ben Ladenin iki yaşlı oğlunu atasının cəsədinin yanında gördükdən sonra bu fikrə gəldiyini deyib:

"Mən də atayam və bu zavallı uşağın bununla heç bir əlaqəsinin olmadığını fikirləşirəm. Kimsənin başına belə şeylər gəlməməsini arzu edirəm. Bu müharibəni mərmi və bombalarla deyil, təhsillə uda bilərik. Ortada təhlükəsizliyimizi zəiflədən bir ideologiya var”.

O`Neill Ben Ladeni öldürməyin həyatında gördüyü ən yaxşı, yaxud ən pis şey olmasından hələ əmin olmadığını deyib:

"Oğlum və mən nə görərsək, eyni şeyləri etməyə davam edəcəyik. Evimizdəkilər, itlərimiz, silahlarımız, təhlükəsiz məkanımız var. Bu cür yaşamaqdan utanırıq. Bundan qorxmuruq, sadəcə bilmək istəyirik”.

O`Neill Ben Ladenin öldürülməsi ilə başa çatan əməliyyatda iştirak edən həmkarlarından bəzilərinin istefaya çıxaraq yazıçı olduqlarını bildirib.


Rəsul

Sfera.az




AdRiver

XƏBƏR LENTİ