Bu cinsi xəstəlik xərçəngə səbəb olur - Kişilərin diqqətinə

Bu cinsi xəstəlik xərçəngə səbəb olur - Kişilərin diqqətinə

Mütəxəssislər İPV virusunun(İnsan papilloma virusu) səbəb olduğu uşaqlıq ağzı xərçənginin mənbəyi kişilər olduğu qənaətindədir. Ona görə də kişilərin də peyvənd olması tərəfindədirlər.

Sfera.az medicina.az-a istinadən bildirir ki, araşdırmaların çox aparıldığı ölkələrdə bu xərçəng növündən ölənlərin sayı 100 ildə 75% artıb. Mütəxəssislər bildirib ki, cinsi münasibətləri aktiv olan şəxslərin çoxu həyatlarının bir dönəmində İPV virusuna yoluxur. Cinsi əlaqə yolu ilə ötürülən bu virusun 40-dan çox növü var.
Əksər vaxtı heç bir əlaməti bilinmədiyi üçün, çox sayda qadın və kişi virusa yoluxduğunun fərqində olmur və bilmədən virusu yayır.Lakin bəzi İPV növlərində cinsi bölgədə ziyillər əmələ gəlir.Digər İPV növləri penis, anus, boğaz xərçənginə də səbəb ola bilər.

Bu səbəbdən virusun yarada biləcəyi xəstəliklərin qarşısını almaq üçün İPV əleyhinə peyvənd olmaq mütləqdir.

Ginekoloq və onkologiya mütəxəssisləri bildirib ki, qoruyucu peyvəndlər yalnız xərçəngə səbəb olan növlər üçün nəzərdə tutulub.Servikal xərçəngdə istifadə olunan vaksinlər profilaktik və müalicəvi olaraq iki qrupa bölünür. Müalicəvi peyvəndlərin üzərində hələ dəçalışıldığı üçün, qoruyucu peyvəndlər ön plana çıxır.

Kişilər nə zaman peyvənd olunmalıdır?

 

Bu virusa qarşı kişilərin peyvən olması mübahisəli məısələ olsa da, Amerika, Meksika,İngiltərə kimi ölkələrdə qəbul olunub.9-26 yaş arası kişilər üçün 4 qatlı bir peyvəndi təsdiqlədi. Peyvəndin kişiləri İPV ilə əlaqəli anogenital və baş və boyun xərçənglərindən qoruduğu və viral ötürülmənin qarşısını aldığı qeyd edildi.

Bu haqda qadınlara məlumatlandırmaqdan əlavə, kişilərə İPV infeksiyalarının profilaktikası və İPV-ni ötürmə yolları barədə məlumat vermək çox vacibdir. Tamamilə qorunmasa da, virusun ötürülməsinin mümkün olduğu hallarda prezervativlərdən istifadə qismən qorunma üçün vacibdir.


OXŞAR XƏBƏRLƏR