Sağlıq

Bu çayı içməyin, yoxsa… - Alimlərdən şok araşdırma

Bu çayı içməyin, yoxsa… - Alimlərdən şok araşdırma

Kanadanın Makqill Universitetinin alimləri birdəfəlik çay paketlərinin dəmlənməsi zamanı suya milyardlarla mikro və nanoplastiklərin düşdüyünü bildiriblər.

Sfera.az axar.az-a istinadən bildirir ki, bu barədə "Environmental Science Technology" jurnalı yazıb.

Bildirilib ki, təkcə bir paketdə təxminən 11.6 milyard mikroplastik və 3.1 milyard nanoplastik olur. Alimlərin sözlərinə görə, bu rəqəm digər içki və yeməklərdə tapıla biləcək miqdardan daha çoxdur. Alimlər paketdən ayırdıqları çayı 5 dəqiqə dəmlədikdən sonra onu mikroskopla nəzərdən keçiriblər. Məlum olub ki, suda olan nanohissələr dəm zamanı yaranmağa başlayıb.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031