Bu bitkiyə nə badə toxunasız - Yoxsa dəriniz belə olar - FOTOLAR

Bu bitkiyə nə badə toxunasız - Yoxsa dəriniz belə olar  - FOTOLAR
İngiltərədə parkda oynayan 5 uşaq bu bitki ilə təmasda olub. Uşaqlar bu bitki ilə təmasda olandan sonra , zaman keçdikcə bədənlərində dəri çatlamaları və yanıqlar meydana gəlməyə başladı.Həkimlər, bədəndəki qızarıqları ilk gördükləri zaman səbəbi müəyyən olmayan allergik reaksiya diaqnozu qoyub ailələri evinə göndəriblər. Qorxunc ağrıya dözmədiklərini söyləyən uşaqları təkrar xəstəxanaya aparan ailələr, uşaqların bədənlərində olan qabarcıqların dovşan otundan qaynaqlı kimyəvi reaksiya olduğunu öyrəniblər. Uşaqlardan birinin atası, "Uşağım acı içində qışqırırdı və həkimlərin nə olduğu haqqında fikri yox idi. İlk başda qızarmağa başladı, sonra dəri çatlarını gördüm. 48 saat sonunda isə qabarcıqlar meydana gəlməyə başladı uşağımın bədənində"- deyib.Şəhər Şurası ilə danışan ailələrə "Biz bu vəziyyət üçün çox üzr istəyirik, dovşan otuna dair bir mübarizə başladırıq" cavabını alıblar. Bəzək bitkisi olaraq tanınan dovşan otunun verdiyi ziyanlar yeddi ildə düzəlir.Bu bitkiyə toxunmuş olan kəslərin günəş işığından özlərini qoruması lazımdır. Mütəxəssislər bu bitkiyə toxunduğunuz halda dərhal həkimə getməyinizi məsləhət görür.

OXŞAR XƏBƏRLƏR