Bu azərbaycanlı ABŞ seçkilərinə müdaxilədə günahlandırılır
14:28 / 17.02.2018
745
ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilən 13 Rusiya vətəndaşı arasında Azərbaycan əsilli Ceyhun Nəsimi oğlu Aslanovun da adı var.
Sfera.az bildirir ki, "Cey Zi" adı ilə də tanınan Aslanov ABŞ-da "Trol Fabriki" adlanan hesabların yaradıcılarından hesab olunur. Sankt-Peterburq şəhərindən olan Ceyhunun daxil olduğu qrup ABŞ-da müxtəlif hesablar açaraq irqçilik və bir sıra problemləri gündəmə gətirməkdə ittiham olunurlar. Onların əməllərinə 2014-2016-cı illərdə ABŞ-da keçirilən seçkilərə müdaxilə məsələsi də var. 2015-ci ildə "Trol Fabriki"ndə 30 nəfər çalışıb, daha sonra bu rəqəm 90 nəfərə qalxıb. Fabrikin üzvlərinin məvacibləri 55-90 min rubl arasında dəyişir.
27 yaşlı Ceyhun Aslanovun "Trol Fabriki"nin ABŞ şöbəsinə rəhbərlik etdiyi bildirilir. Fabrik 2016-2017-ci ildə 40 mitinq təşkil edib və qaradərili əhaliyə verdiyi dəstəyi ilə diqqət çəkib. ABŞ prezidenti Donald Tramp prezident seçiləndən sonra da təşkilat öz fəaliyyətinə davam edib və sosial şəbəkələr vasitəsilə müxtəlif tədbirlər təşkil olunub. (Qaynarinfo)