\"Bu axmaq hərəkət...\" - Xamneyidən Makrona sərt sözlər

\
İranın dini lideri Ayətullah Əli Xamneyi Fransa prezidenti Emmanuel Makronu tənqid edib.

Sfera.az xəbər verir ki, Xamneyi "Twitter” hesabından Fransada vüsət alan islam dini əleyhinə kampaniyalara sərt reaksiya verib.


"Bu axmaq hərəkət onu prezident seçən insanların ağlına bir təhqir deyilmi ?", - deyə Xamneyi Makron haqqında yazıb.

 

 

​​Fransız gənclərinə müraciət edən Xamneyi bildirib:


 

"Prezidentinizdən soruşun. Niyə Allahın peyğəmbərinə edilən təhqiri müdafiə edir və onu ifadə azadlığı kimi görür? İfadə azadlığının mənası məşhur və mübarək simaları təhqir etməkdən ibarətdir?”


Xatırladaq ki, son günlər Fransada İslam dini əleyhinə atılan addımlar dinlərarası qarşıdurmanı gücləndirib. Müsəlman ölkələrində Makrona qarşı aksiyalar keçirilir, Fransa məhsulları boykot olunur.


Jalə Mehdi

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR