Bu avtomobillər Bakıya buraxılmayacaq - QƏRAR

Bu avtomobillər Bakıya buraxılmayacaq -  QƏRAR

Rayon qeydiyyatında olan minik avtomobilləri sentyabrın 15-dən sonra Bakıya buraxılmayacaq.  

Sfera.az  xəbər verir ki, rayon avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı qayda şəhərin cənub və şimalında duracaqlar istifadəyə veriləndən sonra tam qüvvəyə minəcək.  

Bu barədə APA-ya açıqlama verən baş nazirin müavini Abid Şərifovun sözlərinə görə, bəzi ekspertlər rayonlardan minik avtomobillərinin Bakıya yalnız axşam saatlarında gəlməsi ilə bağlı təklfi bəyənmir:   “Bölgələrdən Bakıya maşınla gəlməkdənsə, avtobusla gəlmək daha rahat başa gəlir. Avtobusla Bakıya gəlmək 2 dəfə ucuz başa gəlir. İkincisi, təhlükəsizlik ən önəmli məsələdir”.   Yük avtomobillərinin axşam saatlarında paytaxta daxil olması barədə tələbə toxunan A. Şərifov qeyd edib ki, Bakıda yaşayanların 10 dəqiqəlik yolu 1 saata qət etməsi ciddi narahatlıq doğurur:   “Bakıda 3,5 milyon insan yaşayır, bəziləri evindən işə 10 dəqiqəlik yolu 1 saata gedir. Təcili yardım maşınlarının hərəkəti də mümkün olmur. Biz də deyirik ki, yük avtomobilləri Bakıya axşam saatlarında gəlsin. Axşam yolla hərəkət etməyin təhlükəli olduğunu deyirlər. Ancaq belə deyil”.   Rayonlardan gələn, xəstə insanların olduğu minik avtomobillərinə gəlincə, A. Şərifov bildirib ki, xəstə insanların olduğu minik avtomobillərinin Bakıya buraxılmasında heç bir problem olmayacaq. Bu barədə yol polisinə də tapşırıq verilib:   “İlk növbədə insanların sağlamlığını düşünməliyik. Kim istəyir, minik avtomobili ilə axşam, ya da avtobusla gündüz Bakıya gələ bilər. Ya da minik avtomobilini şəhərin cənub, yaxud şimal çıxışında duracaqda qoyub, şəhərə avtobusla, metro, taksi ilə gündüz gəlsin. Bununla bağlı 3 duracaq olacaq, bu duracaqlardan 2-si sentyabrın 15-dək istifadəyə veriləcək. Duracaqlar pulsuz fəaliyyət göstərəcək. Avtobusla şəhərə gəlsinlər, işlərini görüb, geri qayıtsınlar. Biz insanların təhlükəsizliyini, rahatlığı barədə düşünürük”.   A.Şərifov rayon qeydiyyatında olan minik avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı tələbin sentyabrın 15-dən, duracaqlar istifadəyə veriləndən sonra tam qüvvəyə minəcəyini də nəzərə çatdırıb.(atv.az)

Sfera.az


OXŞAR XƏBƏRLƏR