Bu abituriyentlər yenidən imtahan verəcəklər

Bu abituriyentlər yenidən imtahan verəcəklər
 

Dövlət İmtahan Mərkəzi ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin birinci Azərbaycan dili imtahanında iştirak etməyən və ya "qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib.

Mərkəzdən  verilən məlumata görə, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanına qeydiyyat elan olunub.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin iyun-iyul aylarında keçirilən birinci Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya "qeyri-məqbul” qiymət alan abituriyentlər 14 avqust saat 23.59-dək qeydiyyatdan keçməklə (ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki) ikinci "Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

 

"Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahanın tarixi elan ediləcəkdir.

Xatırladaq ki, 2020-ci il iyun-iyul ayları ərzində keçirilən birinci Azərbaycan dili imtahanlarında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan cari ilin 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların birinci imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan və imtahanda iştirak etməyən şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.


OXŞAR XƏBƏRLƏR

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...