BTQ ilə hərəkət edən yük vaqonlarının sayı artırıla bilər

BTQ ilə hərəkət edən yük vaqonlarının sayı artırıla bilər

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə gündəlik 40 vaqondan ibarət qatar hərəkət edir.

Sfera.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyindən bildirilib.

Qurum bəyan edib ki, sözügedən rəqəm 60 vaqona çatdırıla bilər: "Bu məsələ Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə müzakirə olunub”. 

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. (report)


OXŞAR XƏBƏRLƏR

"Valideynlər "Məktəblinin dostu"ndan tam razıdırlar" - Azər Abizadə

"Aparılan sorğuya görə, valideynlər "Məktəblinin dostu"ndan (MD) tam razıdırlar". Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin...

Rüstəm Ağayev "Məktəblinin dostu” layihəsinin məqsədini AÇIQLADI 

"“Məktəblinin dostu” layihəsinin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi, ...

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

Kapital Bank-dan digər banklarda nağd kredit və kredit kartı olan müştərilərə müjdə!   Xəbər verdiyimiz kimi Kapital Bank digər banklarda kredit öhdə...

"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair tədbir keçirilir - FOTOLAR

Elm və Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair tədbir keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə elm və t...

Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin s...

"Toshiba" 5 min işçini İŞDƏN ÇIXARACAQ

Yaponiyanın elektronika istehsalçısı olan “Toshiba” 5 min işçisini ixtisar edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Kyodo agentliyi ...