Cəmİyyət

Britaniya XİN Azərbaycana səyahətlə bağlı bəyanatına aydınlıq gətirib

Britaniya XİN Azərbaycana səyahətlə bağlı bəyanatına aydınlıq gətirib
"Azərbaycanda terror ilə bağlı olan xəbərdarlıq yeni deyil. Saytımızda Azərbaycana səyahətlə bağlı etdiyimiz ən yaxın yenilənmə mayın 1-də olub. Yenilənmə budur ki, biz Azərbaycana İstanbul üzərindən səyahət etməklə bağlı məsləhəti çıxarmışıq”.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti ONA-nın London bürosunun sorğusuna cavab olaraq bildirlib.

Cavabda qeyd olunub ki, xaricə səyahət edəcək britaniyalılar üçün hər ölkə haqqında məsləhət səhifələri var. "Hər bir ölkəyə aid səyahətlə bağlı məsləhət səhifəsində bu ölkədəki terror təhdidinin qiymətləndirilməsi barədə məlumatlar olan xüsusi bir bölmə var. Bu, Britaniya vətəndaşlarına daimi qayğı göstərmək vəzifəsini yerinə yetirməyi təmin etmək məqsədi daşımaqdadır. Azərbaycandaki terror təhdidi ilə bağlı qiymətləndirməyimiz dəyişməyib".

Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar vətəndaşlarına terror təhlükəsinin olması barədə xəbərdarlıq edib.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031