Dünya

Britaniya rus diplomatları ölkədən qovacaq - Casus qalmaqalı qızışır

Britaniya rus diplomatları ölkədən qovacaq - Casus qalmaqalı qızışır
Bu gün Londonda Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
 
Sfera.az "The Times” nəşrinə istinadən xəbər verir ki, Britaniya əks-kəşfiyyatı Skripal və onun 33 yaşlı qızının zəhərlənməsində Rusyanın əli olduğunu sübut edən faktları açıqlayacaq.

Bundan sonra baş nazir Tereza Mey rəsmi bəyanatla çıxış edəcək.

Hesab edilir ki, daha sonra bir sıra Rusiya diplomatları ölkədən qovulacaq, rusiyalı sahibkarlara vizaların verilməsi dayandırılacaq. Həmçinin Britaniya Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına təmsilçilərini göndərməyəcək.

Xatırladaq ki, Skripal Rusiya Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq zabitidir. O 2006-cı ildə Britaniya lehinə casusluq etdiyi üçün 13 il həbs cəzası alıb. Sonradan Britaniyada həbs edilmiş Rusiya casusları ilə dəyişdirilib. 2010-cu ildə Skripal Britaniya vətəndaşlığı alıb.

Bu ilin 4 martında onu və qızını Solsberi şəhər parkında huşsuz halda tapıblar. Onların hər ikisi komadadır.
 
İlqar

XƏBƏR LENTİ