Brilliant Dadaşovaya 37 min dollar “atdılar”

Brilliant Dadaşovaya 37 min dollar “atdılar”
 Azərbaycanın Xalq artisti Brilliant Dadaşovaya qarşı dələduzluq əməli törədilib.

Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, bu barədə müğənni Türkiyənin "TV8” kanalında "Gel konuşalım” proqramında çıxış edərkən deyib. Sənətçi iddia edir ki, bəstəkarlar Fettah Can və Metin Özülkün onu aldadıblar.

B. Dadaşovanın sözlərinə görə, Metin Özülkü ilə proqramda görüşüb: "Mənə dedi ki, sənə mahnılar verə bilərəm. 4-5 mahnı barədə danışdıq. Yeni mahnılar yazıb, aranjiman etməliydi”.

F. Can isə B. Dadaşovaya 4-5 mahnı göstərib. Hətta müğənni bu mahnılara görə ödəniş də edib və sonra studiyaya gedərək həmin mahnıları oxuyub. Amma sonradan həmin şəxsə zəng vurub mahnılarla maraqlandıqda müğənniyə müxtəlif yalanlar uydurub: "Sonra nə vaxt zəng etdim, "Mən köçürəm”, "Sevgilimdən ayrılmışam”, - deyə, bəhanələr gətirdi. Pul da getdi, mahnılar da. 19 min dollar Metin Özülkü də, 18 min dollar Fettah Canda. Danışanda da "Özünü reklam edirsən”, - deyirlər. Bunun üçüncü yolu nədir, desinlər”.

Proqramın aparıcıları Fettah Can və Metin Özülkünün güvənilən bəstəçilər olduqlarını, Brilliant Dadaşovanın iddiasına inanmadıqlarını, özünü Türkiyədə reklam etdiyini söyləyiblər.


OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...