Braziliyada təyyarə yaşayış evinin üzərinə düşdü: 12 nəfər xəsarət aldı
Dünya
17:10 / 01.12.2018
4160
Cümə günü Braziliyanın San-Paulu şəhərinin şimalında şəxsi təyyarənin yaşayış evi üzərinə düşməsi nəticəsində 2 nəfər ölüb.
Bundan əvvəl Amerikanın İndiana ştatında korporativ təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib.
TASS-ın xəbərinə görə, bu barədə San-Paulunun yanğın xidmətinin "Twitter" mikrobloqu məlumat yayıb.
Bildirilir ki, qəza zamanı daha 12 nəfər xəsarət alıb.
Hadisə yerinə xilasedicilər cəlb olunublar.