Braziliya yığması finalda - VİDEO
12:12 / 03.07.2019
3611
Braziliya milli komandası Amerika Kubokunun yarımfinalında əzəli rəqibi Argentina yığması ilə qarşılaşıb.
Oxu.Azxəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyun 5-qat dünya çempionlarının qələbəsi ilə nətiçələnib – 2:0.
Braziliyalılar hər taymda bir dəfə fərqlənə biliblər: qolları hücumçular Jezus və Firminyo vurublar. Argentinalı ulduzlar Messi və Aquero isə qol əvəzinə hərəyə bir dəfə qapı dirəyini nişanalıblar.
Beləliklə, Braziliya yığması Amerika Kubokunun
finalına vəsiqə qazanıb və iyulun 7-də həlledici görüşdəÇili-Peru
cütlüyünün qalibi ilə garşılaşacaq.