Braziliya prezidenti Fransanın birinci xanımını lağa qoydu - FOTO

Braziliya prezidenti Fransanın birinci xanımını lağa qoydu - FOTO
Sosial şəbəkə istifadəçilərindən birinin Fransa prezidentini həyat yoldaşı ilə qəribə tərzdə müqayisəsinə Braziliya prezidentinin şərh yazması Makronu qəzəbləndirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçisi hazırladığı fotoda Braziliya prezidenti və Fransa prezidentinin xanımları ilə birgə fotosunu paylaşaraq qəribə müqayisə aparıb. O bildirib ki, Braziliya prezidenti Bolsonaro Jair həyat yoldaşı Mişeldən 27 yaş böyük ikən Fransa prezidenti həyat yoldaşından 27 yaş kiçikdir. Daha sonra şəklin üzərinə, "indi anladınızmı nə üçün Makron Bolsonaronu sevmir" yazıb. Bu şəkli görən Braziliya prezidenti həmin fotoya belə bir şərh yazıb: "Adamı təhqir etməyin ha ha ha".
Bütün bunları izləyən Fransa prezidenti Makron isə baş verənlərin olduqca üzücü və kobud olduğunu söyləyib: "Həyat yoldaşım haqqında çox hörmətsiz sözlər söyləyib. Braziliya xalqına çox böyük hörmətim var. Onlara layiq başqa bir prezident arzu edirəm. Əlimdən başqa bir şey gəlmir".
 


OXŞAR XƏBƏRLƏR