BP-nin yeni rəhbəri bu şəxs olacaq

BP-nin yeni rəhbəri bu şəxs  olacaq
 

BP şirkətinin baş icraçı direktoru Robert Dadli 2020-ci ilin mart ayının 31-də istefa verəcək. O həmçinin şirkətin Direktorlar Şurasını da tərk edəcək.

Sfera.az bildirir ki,  R. Dadlini BP-nin hasilat üzrə icraçı direktoru Bernard Luni əvəzləyəcək. O, şirkətin Direktorlar Şurasının tərkibinə gələn ilin fevralın 5-də daxil olacaq.

Qeyd edək ki, hazırda 64 yaşı olan R. Dadli BP-də 40 il müddətində çalışıb. Son 9 ildə isə o, şirkətə rəhbərlik edib.


OXŞAR XƏBƏRLƏR