Dünya

Boşanmaq istəyən 21 yaşlı həyat yoldaşını gözündən güllələdi - FOTO

Boşanmaq istəyən 21 yaşlı həyat yoldaşını gözündən güllələdi - FOTO
 

Ayrılmaq istədiyi əri tərəfindən ov tüfəngi ilə vurulan gənc qadın sağ gözünü itirib, sol gözündə isə görmə məhdudiyyəti yaranıb.

Sfera.az  xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Qaziantep vilayətində baş verib. 

Məlumata görə, əri Behzat Y.-dən ayrılmaq istəyən 21 yaşlı Dilek Y. ata evinə qayıdıb. Behzat Y. danışmaq bəhanəsi ilə qayınatasının evinə gedib və orada arvadına atəş açıb.

Tüfəngdən çıxan qırma güllələr Dilek Y.-nin başına dəyib. Qanlar içində yerə yıxılan qadın 21 gün reanimasiyada yatıb. 

Hadisə günü ilə bağlı gənc qadın bunları deyib:

"10 ay evlilik yaşadım. Ərim narkotik istifadəçisi idi, məni də buna təşviq edirdi. Ayrılmaq istədim və ailəm gəlib məni apardı. Bir müddətdən sonra o, bu məsələləri danışmaq üçün bizə gəldi. Siqaret çəkmək bəhanəsi ilə çölə çıxdı, həmin vaxt ov tüfəngini gətirib. O, hər şeyi öncədən düşünübmüş. Gəldi və mənə "ya mənimsən, ya qara torpağın" deyərək atəş açdı...Qadına şiddətə yox deyirik. İnsan həyatı bu qədər ucuz olmamalıdır".

O, ərinin ən ağır şəkildə cəzalanmasını tələb edib.

(oxu.az)


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930