Boşandı, 108 kiloqram arıqladı -Foto
17:33 / 25.02.2019
2717
Britaniyalı qadın ərindən boşandıqdan sonra düz 108 kq arıqlayıb. Sfera.az xəbər verir ki, Esseks qraflığının Perelit şəhərində yaşayan 37 yaşlı Kelli Kinsella ibtidai məktəbən köklükdən əziyyət çəkirdi. 24 yaşında Stivlə evlənmək hazırlaşırdı və bunun üçün xüsusi pəhriz saxlayırdı. O zaman 177 kq olan Kelli çəkisinin yarısından çoxunu ata bilmişdi.
Lakin sonralar o, daimi pəhriz saxlamaqdan imtina etdi və sağlam qidaya və idmana başladı. Ödündə keçirdiyi əməliyyat sonrası çəkisi 44 kq artdı. Əvvəlki həyat tərzinə qayıdaraq daha 63 kq kökəldi.
Kellinin sözlərinə görə əri çin yeməklərinin tədarüçüsü işləyirdi və hr axşam ziyanlı qidalardan gətirirdi. Biz də hamısını yeyib üstündən də çipsilərə keçirdik.
"Mənə ağır idi yediklərim. Halbuki ərim yeyib kökəlməyənlərdən idi.
2017-ci ilin iyulunda qadının 68 yaşlı atasında xərçəng xəstəliyi tapılıb. Bunu görən Kelli xarici görkəminə və sağlamlığına ciddi yanaşmağa başlayıb. Əriylə birgə keçirdiyi 18 ili həyatının itkisi sayaraq ondan boşanmaq qərarına gəlib.
15 ay ərzində həyat yoldaşından ayrılıb və işdən çıxaraq pəhrizə keçib. Bu müddət ərzində 108 kq arıqlayıb.