Maqazİn

Boşanan azərbaycanlı aparıcıya doğum günündə sevgilisi sürpriz etdi - Gecə 12 tamamda ... - VİDEO

Boşanan azərbaycanlı aparıcıya doğum günündə sevgilisi sürpriz etdi - Gecə 12 tamamda ... - VİDEO
Bu gün 29 yaşı tamam olan aparıcı Könül Muxtarova ilk hədiyyəsini sevgilisindən alıb.

Sfera.az xəbər verir ki, gözəl aparıcı gecə 12 tamamda həyatında olan şəxsin sürprizi ilə qarşılaşıb.

Könül bu məqamı sosial şəbəkə hesabında qeyd etmədən keçməyib.

Videosunu paylaşan aparıcı şərhə "Hissləri çatdırmaq üçün bəzən söz tapmazsan. Bu diqqət məni susdurdu. Hər zaman xoşbəxt olmaq diləyi ilə... Təşəkkür edirəm" qeydini əlavə edib.

Qeyd edək ki, bir dəfə ailəli olub, ayrılan Könülün 5 yaşında İnci adlı qızı var. Aparıcı müsahibələrinin birində ikinci dəfə ailə həyatı qurmaq haqda düşünmədiyini deyib.(milli.az)


AdRiver

XƏBƏR LENTİ