\"Borussiya\"dan 23 milyon avroluq transfer

\
 

"Borussiya" İngiltərənin "Birmingem" klubunun yarımmüdafiəçisi Cud Bellinqemin transferini bitirib.

 

Sfera.az "Bild"ə istinadla xəbər verir ki, Dortmund təmsilçisi 17 yaşlı yarımmüdafiəçinin keçidini 23 milyon avroya həll edib. İngilis futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

Bellinqem "Birmingem"in yetirməsidir. Gənc futbolçu bu mövsüm 38 oyunda 4 qol vurub, 3 assist edib.

 

"Borussiya" bundan öncə PSJ-dən ayrılan belçikalı cinah müdafiəçisi Toma Menyeni transfer etmişdi.



OXŞAR XƏBƏRLƏR