“Borş” yox “şirə, “Gerb” – “herb” yox “damğa\" ... – DİLİMİZ ÜÇÜN YENİ TƏKLİFLƏR

“Borş” yox “şirə, “Gerb” – “herb” yox “damğa\
Millət vəkili Rafael Hüseynovun "gerb” sözünün "herb” olaraq yazılmasını təklif etməsi bir neçə gündür ki, müzakirə edilir. Azərbaycan dilində əcnəbi sözlərin necə yazılması məsələsi hər zaman problem olaraq qalıb. Hətta xüsusi isimlərlə bağlı olaraq da biz bu problemi görə bilərik. Konkret qayda olmadığı üçün hər kəs istədiyi kimi yazır. 

Bəs, əslində dilimizə daxil olan əcnəbi sözlər necə yazılmalıdır?

Mövzunu millət vəkili Fazil Mustafa və "Azərbaycan Demokrat Partiyası”nın sədri Sərdar Cəlaloğlu ilə müzakirə etdik. 

Sfera.az-a açıqlama verən millət vəkili Fazil Mustafa əcnəbi sözlərin olduğu kimi yazılmasının tərəfdarı olduğunu bildirib:

"Hər bir dəyişiklik elmi cəhətdən əsaslandırılmalıdır. Hesab edirəm ki, Rafael Hüseynovun əsaslandırması kifayət qədər ciddidir. Bu səbəbdən düşünürəm ki, əcnəbi sözlər olduğu kimi yazılmalıdır. Hətta xüsusi adlar da olduğu kimi yazılmalıdır. Ümumi adlara isə baxılmalıdır. Konstitusiya və parlament sözü dilimizin tələblərinə uyğunlaşdırılıb yazılmalıdır.

Maraqlıdır, bu cür terminlərin olduğu kimi qalması, yoxsa bu sözün yerli lüğət bazasında qarşılığının tapılması müzakirə predmeti olmalıdır?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə Sfera.az-a açıqlamasında əcnəbi sözlərdə hərfi dəyişikliyi etməkdənsə, o sözün dilimizdə qarşılığının tapılmasına tərəfdar olduğunu bildirib:

"300 ildən bir dil fondunda təxminən, 30 faizədək dəyişiklik baş verir. Elm və texnologiyanın inkişafı ilə əlaqədar olaraq dilə yeni sözlər daxil olur. Dilin öz potensialı imkan verirsə, bu zaman yeni daxil olan termini özününkü ilə əvəzləmək olar. Dilin potensialı imkan vermədikdə isə əcnəbi söz lüğət tərkibimizə uyğunlaşdırılır”. 

S.Cəlaloğlu bildirib ki, bu gün dilimizdə olan bəzi sözlər əcnəbi sözün qarşılığı kimi işlənə bilsə də, xarici dil basqısı buna imkan vermir: "Bir zamanlar "açar” sözü "anaxtar"ın qarşılığı olub və bu çox gözəl də alınıb”. 

S.Cəlaloğlu süni dilçiliyin təhlükəsindən də danışıb: 

"Bu gün dilimizdə ən təhlükəli məqamlardan biri də süni dilçiliyin yaranmasıdır. Atatürkün dövründə dilçilik komitəsi vardı. Bu komitə süni dilçiliklə məşğul idi. Atatürk deyirdi ki, mən bu dil qurumunun dilini başa düşmürəm. Çünki o qurum dilə kifayət qədər əcnəbi söz daxil etmişdi. Halbuki, bu sözlərin türk dilində də öz qarşılığı vardı. Bu gün komputer kimi sözlərin dilimizdə rahatlıqla qarşılığını tapmaq mümkündür. Söz funksiyalaşa bilirsə, onu dəyişdirməyə ehtiyac yoxdur”.

S.Cəlaloğlu "gerb” – "herb” müzakirəsinin gərəksiz olduğunu bildirib və bunun əvəzində "damğa” sözünün işlədilməsini təklif edib:

"Gerb damğa deməkdir. Bu sözün Azərbaycan dilində qarşılığı var. Öncələr tayfaların, dövlətlərin damğası vardı. Gerb sözünü "herb" olaraq dəyişdirməkdənsə, onun Azərbaycan dilində qarşılığını vermək daha düzgün olardı. Nə "gerb”, nə də ki, "herb” bizim söz deyil. Məsələn, rus dilindən dilimizə daxil olan sözlərdən biri də "borş”dur. Halbuki, bu sözə "aş" da deyə bilərik, "şirə" də”. 

Nigar Məhərrəm
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiya əməliyyatları gücləndirdi: Ukraynanın bu şəhərini işğal etməyə çalışır 

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən Çasov Yar şəhərini işğal etməyə çalışır.  Sfera.az UNİAN-a istinadən xəbər veri...

40 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - RƏSMİ

"Təhsil müəssisələrində monitorinqlər davam edir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin di...

Ukraynada öldürülən rus əsgərlərinin sayı AÇIQLANDI

Ukrayna müharibəsinin ikinci ilində 27 mindən çox rus əsgəri həlak olub.   Sfera.az bildirir ki, bu barədə “BBC” araşdırma aparıb. &n...

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş ...

"30 min riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanı verəcək" - RƏSMİ

"30 min riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanı verəcək".   Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi ...

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra etdilər - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər....