Borca görə arvadını dostuna verdi

Borca görə arvadını dostuna verdi

 

İzmir şəhərində yaşayan gənc bir qadının bədbəxtlik üzərində qurulmuş həyatından bəhs edən yazını təqdim edirik.

Sfera.az politika.az-a istinadən bildirir ki, əri tərəfindən fahişəliyə təkid edilən, qəbul etmədikdə isə bıçaqlanan, bir il müddətində müalicə olunduqdan sonra yenidən ailə quraraq İzmirə köçən gənc qadın burada da bədbəxtlikdən yaxa qurtara bilməyib.

İddiaya görə, Nilufər Böken İstanbulda yaşayarkən üç uşağının atası tərəfindən fahişəlik etməyə məcbur edilir. Bunu qəbul etmədikdə isə əri tərəfindən səkkiz bıçaq zərbəsi alaraq, bir il yatağa məhkum edilir. Sağaldıqdan sonra həyat yoldaşından ayrılıb İzmirdə yeni bir ailə həyatı qurmaq qərarına gəlir.

İzmirdə yenidən evlənib xoşbəxt bir ailənin xəyalını quran gənc qadını bu dəfə də keçmiş əri şikayətini geri götürməsi üçün təhdid etməyə başlayır. Üç uşağından ikisi fiziki qüsurlu olan Nilufər Bökenin ikinci dəfə ailə qurduğu həyat yoldaşı da həkimi təhqir etdiyi üçün həbsxanaya düşür. Bundan sonra səhhətinə görə işləyə bilməyən gənc ana uşaqları ilə birlikdə təkbaşına həyatda qalmaq uğrunda mübarizə aparır.

Qadın ürək dağlayan həyat hekayəsini danışarkən bunları deyib: "Birinci həyat yoldaşım işləmirdi, evə bir köməyi dəymirdi. Boşandım, amma uşaqlarıma görə yenidən barışdım. Ancaq yenə də işləmədi, mütəmadi olaraq borc alırdı. Kredit kartı borcuna görə məndən xəbərsiz mənim adıma da borc almışdı. İşdən çıxanda məni zorla harayasa aparmaq istədi. Mən də müvaqimət göstərdim, ona görə əvvəlcə məni döydü, sonra da bıçaqladı. Bıçaqlanandan sonra ərimin məni satdığını öyrəndim. Şikayətimi geri götürmədiyim üçün məni təhdid edəndə isə İzmirə, bacımın yanına gəldim. Burada ikinci dəfə ailə qurdum. Bıçaqlanandan sonra yeddi dəfə əməliyyat olunmuşam. On dəqiqə belə ayaq üstdə dura bilmirəm. İkinci dəfə ailə qurduğum ərim isə həkimi təhqir etdiyinə görə həbsə düşdü. O mənə və üç uşağıma baxırdı, həbsxanaya düşəndən sonra isə kimsəsiz qaldıq".

Nilufər Böken uşaqları ilə gözəl bayram keçirə bilmədiyini deyib: "Biz neçə bayram oldu ki, bayram etmirik. Ən çox da uşaqlarıma bayramda təzə paltar ala bilmədiyimə görə pis oluram. Uşaqlarımla gözəl bir bayram keçirmədim. Ana olaraq böyük üzüntü yaşayıram. İşıq, su pulunu ödəyə bilmirəm. Qonşularım mənə kömək edirlər. Səhhətimə görə məni heç işə də götürmürlər".


OXŞAR XƏBƏRLƏR

Paşinyan: "İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...