Bombalayıb qurtardılar, sonra nə olacaq ?
15:33 / 14.04.2018
4430
ABŞ və
müttəfiqləri Suriyanı gecə bombaladı.
Sonra
nə olacaq?
Sfera.
Az xəbər verir ki, bu suallar dünya mətbuatında
müzakirə olunur.
Bu gecə də sözünün üstündə durdu.
Tramp administrasiyasının Suriyaya aid
strategiyası nədən ibarətdir- son nəticədə Əsədin hakimiyyətdən getməsimi? Ötən həftələrdə ABŞ-ın BMT-də nümayəndəsi
Nikki Beyli bəyan etmişdi ki, Əsəd
hakimiyyətdə qaldıqca Suriyada problemin siyasi həllindən danışmağa dəyməz.
Bu isə kimyəvi hücum sonrası
Dumanı tərk edən "İslam Ordusu”nun ("Ceyş'ül İslam”) liderlərindən olan Məhəmməd
Alluşu özündən çıxarıb.
O gecə hücumunu "Bu,
bir kobud komediyadır” deyə şərh edib.
"Amma çoxsaylı bombalardan istifadə etməkdə davam edəcəklər.
Bugünkü hücum Əsədə tək bir mesaj verir: Suriyalı uşaqları kimyəvi silahlarla
öldürmə, amma normal silahlardan istifadə edə bilərsən. Bu, insanlıq üçün
utancdır”.
Vətəndaş müharibəsi son 7 ildə 500 min insanın həyatına son qoyub. Dumadakı kimyəvi hücum zamanı tələfat bununla müqayisədə çox kiçik rəqəmdir.
Tram seçki zamanı Suriya əhalisi üçün
"təhlükəsizlik zonaları” yaradacağından danışmışdı. Əgər belə bir fikir varsa
necə yaradılacaq? Suriya səməsında Rusiya və Əsədə məxsus çoxlu təyyarələr uçur.
Nəhayət ən başlıca sual – ABŞ və
Rusiya münasibətlər bundan sonra necə olacaq?
Rusiya
XİN-in mətbuat katibi Zaxarova, "Ağıllı
raketlərin bir neçə ildir öz torpaqlarında beynəlxalq terrorizmlə mübarizə edən
legitim hökumətə doğru deyil, terrorçuların olduğu tərəfə doğru uçması lazımdır”deməklə cavab
verərək, məlum olanı – Rusiyanın Əsəd rejimini "legitim”hesab etdiyini,
rejimin atdığı bombalarla, etdiyi kimyəvi hücumlarla ölən uşaqları belə "terrorçu” sinfinə aid
etdiyini deyib.
"ABŞ, Britaniya və Fransanın hərəkətləri cavabsız qalmayacaq. Bizim xəbərdarlığımıza qulaq asmadılar. Bizi yenə təhdid edirlər. Əvvəlcədən hazırlanmış ssenarilər işə düşüb".
Bundan
əlavə Baş Qərargahın təmsilçisi Sergey Rusdskoy bildiribki, bir neçə il əvvəl Qərb ölkələrinin xahişi
ilə Suriyaya "S-300” raketləri satmaqdan vaz keçiblər:
Onun sözlərinə görə, "S-300”-ləri Suriya ilə yanaşı regionun başqa dövlətləri də ala bilər.
Suriyanın üstündən yenə soyuq
küləklər əsir. Ehtmal odur ki, tərəflər eskalasiya yol verməyəcəklər.
İlqar Atabəyli