Bombalayıb qurtardılar, sonra nə olacaq ?

Bombalayıb qurtardılar, sonra nə olacaq ?

ABŞ və müttəfiqləri Suriyanı gecə bombaladı.

Sonra nə olacaq?

Sfera. Az  xəbər verir ki, bu suallar dünya mətbuatında müzakirə olunur.

Cəmi bir neçə gün öncə Suriyadan çəkilmə qərarı aldığını elan edən Tramp, Dumada yaşananları "Məsumlara yönəlik xain hücum” olaraq səciyyələndirdi və "qarşıdakı 24-48 saat içərisində” bu hücumla əlaqədar önəmli qərarların alınacağını, nə lazımsa ediləcəyini açıqladı.
Bu gecə də sözünün üstündə durdu.

Tramp administrasiyasının Suriyaya aid strategiyası nədən ibarətdir- son nəticədə Əsədin hakimiyyətdən getməsimi?  Ötən həftələrdə ABŞ-ın BMT-də nümayəndəsi Nikki Beyli  bəyan etmişdi ki, Əsəd hakimiyyətdə qaldıqca Suriyada problemin siyasi həllindən danışmağa dəyməz.
 

Ancaq bu gün hücum edən tərəflər açıq mesaj verdilər ki, hədəf Bəşər Əsəd deyil, kimyəvi silah istehsal edilən obyektlərdir.
Bu isə kimyəvi hücum sonrası Dumanı tərk edən "İslam Ordusu”nun ("Ceyş'ül İslam”) liderlərindən olan Məhəmməd Alluşu özündən çıxarıb. O  gecə hücumunu "Bu, bir kobud komediyadır” deyə şərh edib.

Müxaliflərin əsas təşkilatlarından olan Suriya Müzakirə Komissiyasının (SNC) başçısı Nəsr əl-Həriri isə qeyd edib ki, rejim artıq kimyəvi silahdan istifadəyə risk etməyəcək:
"Amma çoxsaylı bombalardan istifadə etməkdə davam edəcəklər. Bugünkü hücum Əsədə tək bir mesaj verir: Suriyalı uşaqları kimyəvi silahlarla öldürmə, amma normal silahlardan istifadə edə bilərsən. Bu, insanlıq üçün utancdır”.

İkinci bir tərəfdən Tramp administrasiyası Suriyada dinc əhalini qorumağı necə planlaşdırır?
Vətəndaş müharibəsi son 7 ildə 500 min insanın həyatına son qoyub.  Dumadakı kimyəvi hücum zamanı tələfat bununla müqayisədə çox kiçik rəqəmdir.
Tram seçki zamanı Suriya əhalisi üçün "təhlükəsizlik zonaları” yaradacağından danışmışdı. Əgər belə bir fikir varsa necə yaradılacaq? Suriya səməsında Rusiya və Əsədə məxsus çoxlu  təyyarələr uçur.

Həm də Tramp Suriya əhalisi üçün belə təşviş keçirirsə  niyə onların  ABŞ-a girməsini qadağan edib. Onların çoxu qadınlar və uşaqlardır.
Nəhayət ən başlıca sual – ABŞ və Rusiya münasibətlər bundan sonra necə olacaq?

Rusiya XİN-in mətbuat katibi Zaxarova, "Ağıllı raketlərin bir neçə ildir öz torpaqlarında beynəlxalq terrorizmlə mübarizə edən legitim hökumətə doğru deyil, terrorçuların olduğu tərəfə doğru uçması lazımdır”deməklə cavab verərək, məlum olanı – Rusiyanın Əsəd rejimini "legitim”hesab etdiyini, rejimin atdığı bombalarla, etdiyi kimyəvi hücumlarla ölən uşaqları belə "terrorçu” sinfinə aid etdiyini deyib.
 

Bombardmandan dərhal sonra isə Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Anatoliy Antonov  hiddətini gizlətməyib:
 
"ABŞ, Britaniya və Fransanın hərəkətləri cavabsız qalmayacaq. Bizim xəbərdarlığımıza qulaq asmadılar. Bizi yenə təhdid edirlər. Əvvəlcədən hazırlanmış ssenarilər işə düşüb".
 
Bundan əlavə Baş Qərargahın təmsilçisi Sergey Rusdskoy bildiribki, bir neçə il əvvəl Qərb ölkələrinin xahişi ilə Suriyaya "S-300” raketləri satmaqdan vaz keçiblər:

"İndi baş verənləri nəzərə alaraq həmin məsələnin müzakirəsinə yenidən qayıda bilərik".
Onun sözlərinə görə, "S-300”-ləri Suriya ilə yanaşı regionun başqa dövlətləri də ala bilər.
 
 
Suriyanın üstündən yenə soyuq küləklər əsir. Ehtmal odur ki, tərəflər eskalasiya yol verməyəcəklər.

Ancaq proqnoz vermək də olmur. Hər şey o qədər sürətlə inkişaf edir ki, hadisələri sıralamaq belə çətinləşib.
 
İlqar Atabəyli
 
 
 

DİGƏR XƏBƏRLƏR


---