BOLTONUN QOVULMASININ SƏBƏBİ MƏLUM OLDU – Tramp açıqladı

BOLTONUN QOVULMASININ SƏBƏBİ MƏLUM OLDU – Tramp açıqladı
 

«AzPolitika.info»-nun  xarici KİV-ə istinada verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton öz postunu İran məsələsi üzrə fikir ayrılığı səbəbilə itirə bilərdi. Özəl mənbələrinə istinadla, bu barədə «Bloomberq» yazıb.

KİV-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq olunmuş sanksiyaların yumşaldılmasını təklif edib. Amma Bolton qəti şəkildə bunun əleyhinə çıxıb. Bu məsələdə maliyyə naziri Stiven Mnuçin də Trampı dəstəkləyib.

Nəşr xatırladır ki, ABŞ-da Trampın Ruhani ilə görüşünə hazırlıq gedir. Görüşün sentyabr ayında Nyu-York şəhərində, BMT Baş Məclisinin kuluarlarında baş tutucağı gözlənilir.

Bolton sentyarbın 10-da vəzifəsindən qovulub. O, müşavir postunda 2018-ci ilin aprelindən çalışıb.

***

ABŞ Prezidenti Donald Tramp, milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun Şimali Koreya ilə Liviya modeli üzrə işləmək fikrinin səhv olduğunu söyləyib. Virtualaz.org bildirir ki, bu barədə TASS məlumat yayıb.

"Con mənim yaxşı münasibətlərim olan bir insandı. Ancaq bəzi səhvlərə yol verdi. Onun Kim Çen In üçün” Liviya modeli” haqqında danışması səhv idi. Liviya lideri Müəmmar Qəddafi ilə nə baş verdiyinə baxın. Belə bir açıqlama vermək lazım deyildi. Bu bizi yalnız geri atdı. Bolton çox sərt oğlan idi”,-deyə Tramp jurnalistlərə bildirib.

Prezident qeyd edib ki, Kim Çen Inı Boltonla münasibət qurmaq istəmədiyi üçün günahlandırmır. Tramp əlavə edib ki, Şimali Koreya ilə danışıqların getdiyi bir vaxtda Liviya yanaşmasını təklif etmək heç də ağıllı hərəkət deyildi.

O, Boltonun istefası barədə qərarın necə verildiyini də izah edib.

"İstefa verməmişdən bir gün əvvəl gecə yanıma gəldi … mənimlə üzbəüz oturdu və mən dedim: "Con, əgər bu qədər insanla razılıq əldə edə bilmirsinizsə və bir çoxumuz, mən də daxil olmaqla, sizin taktikanızla razı deyiliksə, istərdim istefa verəsiniz”. Və o bunu etdi. Ümid edirəm ki, onda hər şey yaxşı olacaq”,-deyə Tramp vurğulayıb.

Con Bolton 2018-ci ilin mart ayında milli təhlükəsizlik müşaviri vəzifəsinə təyin edilməzdən əvvəl verdiyi bir müsahibədə qeyd etmişdi ki, Şimali Koreya ilə danışıqların yeganə variantı Liviya modelindən istifadə etməkdir.


 
 
 
 
 
 
 
 


 

OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...