İdman

Boks üzrə Azərbaycan millisinin baş məşqçisi istefa verdi

Boks üzrə Azərbaycan millisinin baş məşqçisi istefa verdi

Boks üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Vaqif Şirinov istefa verib. 

Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən verilən məlumata görə, ABF rəhbərliyinin iştirakı ilə baş tutan iclasda mütəxəssisin istefa ərizəsi müzakirə olunub. Səhhəti ilə bağlı milli komandadan ayrılmaq istədiyini bildirən V.Şirinovun istəyi müsbət dəyərləndirilib. Federasiya rəhbərliyi istefa ərizəsi qəbul olunan mütəxəssisə yığmalardakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Artıq yeni baş məşqçi ilə danışıqlara start verilib. Yaxın günlərdə millini çalışdıracaq mütəxəssisin adı açıqlanacaq.

Qeyd edək ki, V. Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək 2 il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031