Krİmİnal

Boğazı kəsilərək öldürülən qadının uşağını ala bilmirlər - Nənəsi danışır

Boğazı kəsilərək öldürülən qadının uşağını ala bilmirlər - Nənəsi danışır
İki gün əvvəl qardaşı tərəfindən dəhşətli şəkildə öldürülən Aytən Fərzalıyevanın 9 aylıq körpəsi sığınacaqda qalır.

Bu barədə Lent.az -a Aytənin qayınanası Gülbəniz Kərimova məlumat verib. O, uşağın sığınacaqdan çıxarılıb evə gətirilməsi üçün ölüm haqqında kağızın və məhkəmə sənədinin lazım olduğunu bildirib. Gülbəniz Kərimova həmçinin Aytənin bu gün torpağa tapşırılacağını da qeyd edib:

"Hazırda Aytənin meyiti məsciddədir. Məsciddən götürüb evə, daha sonra isə Mehdiabad qəbiristanlığına aparacağıq. Gəlinimi onun ana və bacısının yanında deyil, öz qohumlarımızın yanında dəfn edəcəyik. Aytənin meyitinin daşınması üçün Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə avtomobil göndərib. Bütün qohum-qonşularımız bizdə evdədir. 9 aylıq nəvəm isə hələ də Kəmalə xanımın sığınacağında qalır. Sığınacaqdan çıxarılması üçün Aytənin ölüm kağızı və məhkəmə sənədi lazımdır”.

Qeyd edək ki, hadisə 24 noyabrda axşam saatlarında baş verib. 23 yaşlı paytaxt sakini Babək Fərzalıyev bacısı 20 yaşlı Aytən Fərzalıyevanı ana və bacısının qəbirinin üstünə apararaq onun boğazını kəsib. Gənc qadın hadisə yerində ölüb.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031