“BNA yeni BNA mexanizminə çevrilib”

“BNA yeni BNA mexanizminə çevrilib”
Bakı Nəqliyyat Agentliyinin Bakıda dayanma və durma, parklanma qaydalarının pozulmasına görə cərimə yazmağa başlaması cəmiyyətdə birmənalı qarşılanmır.
 
 

Bu məsələdə əksəriyyət BNA-dan şikayətçidir.

Səbəb isə çox sadədir. Parklanma üçün alternativ yerlər yoxdur. Bəziləri isə düşünür ki, BNA fəaliyyəti ilə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun atasına rəhmət oxutdurur.

Məsələ ilə bağlı Yenicag.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli də bu fikirdədir. Ekspert bildirir ki, BNA sürücülərə alternativ təklif etməlidir. Əks halda cərimənin yazılması məntiqsizlikdir:

"Alternativ təqdim olunsa, bu zaman cərimələrin yazılmasında məntiq olardı. Bakının hər zaman parkinq problemi olub. Demək olar ki, paytaxtın mərkəzindən başqa digər ərazilərdə alternativ parkinq yerləri yoxdur. Əgər hər hansı bir yerdə qadağa varsa, alternativ də olmalıdır. Vətəndaşlarda seçim imkanı olmalıdır ki, maşını burada yox, qadağan olunmayan yerdə saxlasınlar. Doğrudan da, tıxacların qarşısının alınması, ikinci cərgədə maşın saxlayanların cərimələnməsi müsbət haldı. Amma birinci cərgədə parklanmanın alternativi təklif olunmalıdır. Vətəndaşın seçim imkanı yoxdursa, nə etməlidir? Ancaq qadağalar yoluyla bu məsələnin həll edilməsi məntiqsizlikdir”.

Natiq Cəfərlinin sözlərinə görə, BNA qazandığı səlahiyyətlərdən daha çox artığını etməyi düşünür:

"Hətta mən görürəm ki, bunlara xüsusi təyinatlı maşınlar, formalar verilib. Sanki bir hüquq-mühafizə orqanı kimi fəaliyyət göstərməyə başlayıb. Əslində isə BNA-nın yaradılması, işləmə fəlsəfəsi başqadır. BNA problemləri araşdırmalı, araşdırarkən də həmin problemin həlli yolunu göstərməlidir. İndiki halda isə BNA yeni cəza mexanizminə çevrilib. Bu da mövcud problemlərin həllində yaxşı effekt verməyəcək yanaşmadır”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...