BNA rəhbəri: “Mən özüm də BNA tərəfindən 750 manat məbləğində cərimələnmişəm”

BNA rəhbəri: “Mən özüm də BNA tərəfindən 750 manat məbləğində cərimələnmişəm”
 Bakı Nəqliyyat Agentliyi tərəfindən Yol Təhlükəsizlik Komissiyasına 78 layihə təqdim edilib. 

Sfera.az News24.az-a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli "Bakı Nəqliyyat Agentliyi - Media" əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə görüşdə bildirib. Onun sözlərinə görə, məqsəd paytaxtda sıxlığın aradan qaldırmasıdır. Redaktorların sürücülərlə bağlı iradlarını cavablandıran BNA rəsmisi qeyd edib ki, 3 il əvvəl Bakıda avtobuslarla bağlı vəziyyət daha acınacaqlı idi: "Əvvəllər şəffaf mühit yox idi. Bu gün "Baku bus"dan şikayətlər daxil olmur. Narazılıq digər avtobuslardan daxil olur ki, onların hamısına biz nəzarət etmirik. Məqsədimiz də odur ki, avtobuslara nəzarətin ən azı 85 faizi dövlətin nəzarətində olsun. Demək olar ki, hər gün 10-15 sürücü işdən kənarlaşdırılır. Eyni zamanda, 850 sürücü təlimdən keçib. Avtobuslarda kartlaşma sistemi tam tətbiq olunduqdan sonra böyük dəyişikliklərin şahidi olacqsınız. Ən əsası şəffaflıq təmin olunacaq. Bu il "Baku Bus"a 300 yeni avtobus gətirilib, gələn il daha 300 avtobusun gətiriləcəyi gözlənilir. Hazırda 300 "Bakubus” avtobusunda və 200 digər avtobusda kart sistemi tətbiq olunub. İlin sonunadək bütün avtobuslarda kart sistemi tətbiq olunacaq”.

Vüsal Kərimi redaktorların "maşın 2 dəqiqə dayanan kimi nədən cərimə olunur” sualnı isə belə cavab verib: "Mən elə özüm də BNA tərəfindən 750 manat cərimələnmişəm”.

"Bəzən olur ki, "parkinq pulsuzdur” tablosunu yerləşdiririk, oğurlayırlar” –deyənV.Kərimi qəsəbələrdə vəziyyətin qənaətbəxş olmadığını deyib: "Əsasən qəsəbələrdə köhnə avtobuslar yeniləri ilə əvəz ediləcək. Eyni zamanda qəsəbələrə yeni marşrut xəttinin çəkiləcəyi gözlənilir. Jurnalistlərin binasının qarşısından da yeni marşrut xətti çəkiləcək. BNA tərəfindən 200 min kv. metr səkinin çəkilməsi təklifi də verilib”.

V.Kərimi onu da əlavə edib ki, yol nəqliyyat hadisəsi zamanı həlak olanların  sayı da 5 faiz azalıb.  

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...