BNA nümayəndələri beynəlxalq sərgi-konfransında iştirak edib

BNA nümayəndələri beynəlxalq sərgi-konfransında iştirak edib
 

Ukraynanın paytaxtı Kiyev şəhərində "Smart Building 2020” beynəlxalq ixtisaslaşmış sərgi-konfransı keçirilib.

Sfera.az xəbər verir ki, sayca 4-cü olan sərgi-konfransda Bakı Nəqliyyat Agentliyinin nümayəndələri də iştirak edib. İki gün davam edən sərgi-konfransda "ağıllı şəhər" sistemləri və avtomatlaşdırma eləcə də, ağıllı həllər sahəsində əldə olunan son nailiyyətlər təqdim olunub.

Sərgi çərçivəsində, keçirilən görüşlərdə əsas diqqət şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılmasına imkan verən texnologiyalara yönəldilib. Eyni zamanda, ukraynalı mütəxəssislərə Bakı şəhərinin nəqliyyat sisteminin modernləşdirilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilib. Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Mütəmadi olaraq bu istiqamətdə layihələr həyata keçirilir. Eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılması bu sahədə icra olunan ən son layihələrdəndir.


OXŞAR XƏBƏRLƏR

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...