BNA-nın işi ancaq cərimə kəsməkdirmi? - Qurum çarəsizliyini etiraf etməlidir...

BNA-nın işi ancaq cərimə kəsməkdirmi? - Qurum çarəsizliyini etiraf etməlidir...
Paytaxtın bir çox ərazilərində günün istənilən vaxtı tıxac yaşanır. Buna səbəb isə ərazidə yolların taksi və avtobus sürücüləri tərəfindən tutulmasıdır. "Gənclik Mall", "Azərsu" ASC-nin qarşısı və Şərifzadə küçəsində yerləşən ASAN xidmətin qarşısı günün bütün saatlarında tıxac olur.

Səbəb isə elə vətəndaşların özüdür. Sürücülər adları çəkilən ərazilərdə avtomobillərini 2-3-cü cərgədə belə saxlamaqdan çəkinmirlər və nəticədə böyük tıxacların yaranmasına səbəb olurlar. Onlar sadəcə "xəbərdarlıq işıqları"nı yandırmaqla işlərini bitmiş hesab edirlər.

Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma və ya durma qaydaları pozulmaqla küçə və yollarda tıxac yaratmış və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitələrini cərimə edir. Ancaq dəyişən heç nə yoxdur.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə "20 Yanvar" dairəsi ətrafı, "Azərsu" ASC yaxınlığında olan tıxac uzun illərin həll edilə bilməyən problemidir. Bu ərazidə problemin aradan qaldırılması üçün milyonlar xərclənsə də, arada heç nə yoxdur: "Şərifzadə küçəsindəki ASAN xidmətin qarşısında həqiqətən vəziyyət acınacaqlıdır. Qurumun binasından irəlidə və ya bir qədər aralı avtomobil saxlamaq mümkündür. Amma bizim insanlarda bir xarakter var ki, hara gedirlərsə, avtomobili mütləq obyektin qarşısında saxlamalıdırlar. Fikrimcə, hər hansı bir obyekt tikiləndə və ya icarəyə götürüləndə parklanma yerləri mütləq şəkildə nəzərə alınmalıdır".

E. Muradlı əlavə edib ki, "Gənclik Moll" ətrafında da vəziyyət qeyd etdiyimiz kimidir. Problemi isə əsasən taksi sürücüləri yaradır.

"Ancaq onları da qınamaq olmaz. Çünki BNA taksilər üçün duracaqlar ayrılacağını qeyd etsə də, hələlik küçələrdə taksilərin saxlanılması üçün ərazilər ayrılmayıb. Bu məsələ həll edilmədiyi üçün sürücüləri də günahlandırmaq olmaz" – deyə ekspert əlavə edir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qeyd edilən yerdə mütəmadi olaraq BNA əməkdaşları tərəfindən nəzarət tədbirləri həyata keçirilir:

"Xüsusi olaraq qeyd edim ki, "20 Yanvar” ərazisində nəzarət tədbirləri olan zaman dayanma və durma qaydalarının pozulması hallarına da az rast gəlinir və yolda hərəkət də normallaşır. Lakin əməkdaşlar ərazidən uzaqlaşan kimi yenidən qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar və digər nəqliyyat vasitələrinin sürücüləri avtobus dayanacaq məntəqəsinə daxil olurlar. Nəticədə xoşagəlməz mənzərə yaşanır".
M. Ağayev əlavə edib ki, artıq Nərimanov ərazisində Fətəli Xan Xoyski küçəsində, yəni "Gənclik Mall"ın qarşısında intellektual nəzarət kameraları quraşdırılıb.

"İntellektual nəzarət kameralarının artırılması planlaşdırılır. "20 Yanvar” dairəsi ətrafında, Şərifzadə küçəsində və Gənclik metrosu yaxınlığında nəzarət kameraları quraşdırılacaq" – deyə Mais Ağayev əlavə edib.

OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...