“BNA-nın fəaliyyəti müəyyən işbazlara sərf etmir” - EKSPERT

“BNA-nın fəaliyyəti müəyyən işbazlara sərf etmir” - EKSPERT
 

"Uzun illər Azərbaycanda yol-nəqliyyat sahəsində böyük problemlər, özbaşınalıqlar olub. Bakı Nəqliyyat Agentliyi yaradıldıqdan sonra qayda-qanun işləməyə başlayıb”.

Sfera.az xəbər verir ki, bu sözləri "MediaPost”a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. Ekspert bildirib ki, 10-15 il əvvələ kimi ictimai nəqliyyatda böyük bir xaos hökm sürüb:

"Əvvəllər vətəndaşlarımız ictimai nəqliyyatdan istifadə etməkdə böyük çətinlik çəkirdi. BNA yarandıqdan sonra bu kimi hallar tədricən aradan qalxmağa başladı. Biz burada yeni avtobusların gətirilməsi, "BakuBus” avtobuslarında qaydaların tətbiq edilməsi, ictimai nəqliyyatın tam nəzarətə götürülməsini qeyd edə bilərik.

BNA-nın fəaliyyətində təqdirəlayiq hallardan biri də odur ki, agentlik hər hansı bir problemi başdansovdu həyata keçirmir. Şəxsən özümün əldə etdiyim məlumata görə, problem əvvəlcədən hədəf kimi ortaya qoyulur, müzakirə edilir, layihə çərçivəsində mərhələli şəkildə həll edilir. Azərbaycanda problemin strateji planlama ilə həll edilməsi sevindirici haldır. Xüsusən də ictimai nəqliyyatda hərəkətin tənzimlənməsində biz bunun şahidi oluruq”.

Eldəniz Cəfərov qeyd edib ki, avtobuslarda sürücü və sərnişinlar arasında olan pis münasibət artıq aradan qalxmağa başlayıb:

"Hər bir vətəndaş, cəmiyyət özü-özünü idarə etməkdə maraqlıdır. Əgər görülən iş varsa, narazılıqlar da ola bilər. Vətəndaşlar bu məsələdə sərbəstdir. Əminəm ki, BNA bu narazılıqlara obyektiv yanaşır.

Əvvəllər avtobuslarda sürücü-sərnişin münasibəti olduqca pis vəziyyətdə idi. Artıq bu məsələ aradan qalxıb. Sürücü-sərnişin ünsiyyəti minumuma endirilib. Artıq sürücülər sərnişinlərə daha anlayışla yanaşırlar. Bu münasibəti qaydaya salmaq o qədər də asan başa gəlməyib. Bunu Bakı Nəqliyyat Agentliyi həyata keçirə bildi.

Yenə də istənilən halda sərnişinlərin fikirləri nəzərə alınmalıdır. BNA mütəmadi olaraq cəmiyyətlə iş aparmalıdır. BNA-ya dəstək olacaq ən böyük qüvvə cəmiyyətin özüdür”.

Ekspert Bakı şəhərində nəqliyyat problemlərinin həllinin müəyyən işbazlara sərf etmədiyini vurğulayıb:

"Qanunsuz dayanacaq yaratmaq istəyənlər, qanunsuz nəqliyyat daşınma ilə məşğul olanlar, nəqliyyat sektorunda öz məqsədini güdən bəzi şirkətlər, təşkilatlar, hətta fiziki şəxslər ola bilər ki, problemlərin həlli onlara sərf etməsin. Amma bu işlər getdikcə qaydasına düşəcək. Yenə də qeyd edirəm ki, BNA cəmiyyətə arxalanmalıdır. Belə olan halda cəmiyyət özü qurumun müdafiəsinə qalxacaq.

Düşünürəm ki, BNA müəyyən hallarda vətəndaşların bilmədən etdiyi qayda pozuntularını onların xeyrinə həll etməlidir.

Daşıyıcı şirkətlər də artıq başa düşməlidirlər ki, müasir dövrdə tələblər dəyişib. İndi marşrutda işləmək hansısa bir oliqarxın istəyi ilə həyata keçirilmir. Hər şey qanunlarla tənzimlənir. Ona görə bu şirkətlər öz işlərində qayda-qanun yaratmalıdırlar”.



OXŞAR XƏBƏRLƏR

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...