BNA mətbuat xidmətinin rəhbəri zənglərdən niyə qaçır? – Mais Ağayevi susduran səbəb

BNA mətbuat xidmətinin rəhbəri zənglərdən niyə qaçır? – Mais Ağayevi susduran səbəb


Millət vəkili Fazil Mustafanın ictimai nəqliyyatda şagirdlər üçün gediş haqqının ləğv edilməsi təklifi gündəmin əsas mövzularındandır. Mövzuyla bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mövqeyini öyrənməyə çalışdıq.


Sfera.az əməkdaşının ötən gün BNA-ya etdiyi telefon zənginə cavab verən qeydiyyat şöbəsinin əməkdaşı mətbuat katibinin iş başında olmadığını bildirərək, işə qayıtdıqdan sonra zəngimizlə bağlı onu məlumatlandıracağını söylədi. Bir neçə saat gözləsək də BNA-nın mətbuat xidmətindən yenə səs çıxmadı.

 

Daha sonra BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayevin şəxsi telefon nömrəsini taparaq onunla əlaqə saxladıq. Mais Ağayev sualımızı eşidən kimi "məlumatımız var, bir qədər sonra məsələ ilə bağlı mətbuata ümümi açıqlamamız olacaq” deyərək telefonu qapatdı. Ötən gün gözləntilərimizin əksinə olaraq BNA-dan heç bir açıqlama gəlmədi.

 

 

Bu gün isə Mais Ağayevə dəfələrlə zəng etsək də mətbuat xidmətinin rəhbəri telefona cavab vermədi.


Mətbuat xidmətinin rəhbəri "daşı ətəyindən töküb” açıqlama vermək fikrinə düşərsə məsələylə bağlı BNA-nın da mövqeyini dərc etməyə çalışacağıq.

 

 

Səbuhi

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...