BMT TŞ Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçirəcək
22:18 / 28.09.2020
4460
BMT Təhlükəsizlik Şurası sentyabrın 29-u Dağlıq Qarabağ münaqişəsinə dair təcili qapalı iclas keçirəcək.
Sfera.az xəbər verir ki, bu barədə bazar ertəsi TASS-a qurumdakı mənbədən məlumat verilib.
Mənbə bildirib: "Çox güman ki, müzakirə çərşənbə axşamı qapalı formatda məsləhətləşmələr zamanı baş tutacaq".