BMT-nin tədbirində hamının başına üzərlik hərlədilər – Türkmənistan prezidenti bunu da etdi - FOTO

BMT-nin tədbirində hamının başına üzərlik hərlədilər – Türkmənistan prezidenti bunu da etdi - FOTO

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov qəribə davranış tərzi ilə yenidən diqqətləri özünə çəkib.


Sfera.az xarici mediaya istinadla xəbər verir ki, martın 14-də BMT və Türkmənistanın əməkdaşlığına həsr olunmuş beynəlxalq konfransda maraqlı anlar yaşanıb. Belə ki, milli geyimdəki türkmən xanım tədbir iştirakçılarının başına üzərlik hərləyib. Bunun koronavirusa qarşı effektiv mübarizə tədbiri olduğunu düşünən Türkmənistan hökuməti mənbə kimi prezident Qurbanqulu Berdıməhəmmədovun əsərlərini istinad göstərib.

 

Xatırladaq ki, Türkmənistanın Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə, sözügedən toplantıdan əvvəl konfrans iştirakçıları üçün prezident Qurbanqulu Berdıməhəmmədovun yazdığı kitablardan ibarət sərgi təşkil olunub.

 

 

Maraqlıdır ki, dövlət başçısının "Türkmənistanın müalicəvi bitkiləri”adlı çoxcildli əsəri sərgidə ayrıca yer tutub. "Həmin kitabın birinci cildində üzərliklə bibərin müalicəvi əhəmiyyəti, onlardan xüsusi dərmanların hazırlanma qaydaları dəqiqliklə təsvir edilir”,- Türkmənistan XİN yazır.

 

 

Türkmənistanın hökümətyönümlü "Orient” nəşri, öz növbəsində xəbər verir ki, görüşün keçirildiyi "Yıldız”hotelinin konfrans salonları və otaqları üzərlik tüstüsünə qərq olmuşdu. Jurnalistlərin iddiasına görə, üzərlik "müalicəvi əhəmiyyətə malikdir və bakteriyaların yayılmasının qarşısını alır”.

Bundan əlavə, binaya daxil olanların hamısı əllərinə yod tərkibli antiseptik vurub burunlarına oksolin məlhəmi çəkirdilər.

 

 

 

Konfrans ərəfəsində prezidentQurbanqulu Berdıməhəmmədov Türkmənistan xalqına müraciət edərək onları evdə tez-tez üzərlik yandırmaq və qırmızı bibər yeməklə virusdan qorunmağa səsləyib. Berdıməhəmmədov bəyan edib ki, üzərliyin tüstüsünü udmaq "gözlə görünməyən müxtəlif növ virusların insan orqanizminə daxil olmasının qarşısını alır”, bibərlə isə soyuqdəyməni müalicə etmək mümkündür.

 

Selcan

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR