BMT-nin ikinci ən böyük strukturu türkün rəhbərliyində

BMT-nin ikinci ən böyük strukturu türkün rəhbərliyində
 Baş Assambleyaya sədrliyin Türkiyə və Azərbaycan üçün xüsusi əhəmiyyəti var

Sentyabrın 15-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyası öz işinə başlayıb. İllik ümumi müzakirələr isə sentyabrın 22-də start götürəcək. Pandemiya səbəbindən ölkə liderləri, istisna hal kimi, bu il çıxışlarını video formatında göndərə biləcəklər. Konfrans zalından hər nümayəndə heyətindən bir nəfər olacaq.

Dövlət başçılarının çıxışları konfrans iştirakçılarının siyahısı və prosedur qaydalarına uyğun olaraq, bir-birinin ardınca konfrans zalında yayımlanacaq. İlkin siyahıya əsasən, ümumi debatların ilk günündə - sentyabrın 22-də ABŞ, Çin, Fransa, Rusiya, İran və s. ölkələrin liderləri çıxış edəcəklər. Azərbaycan prezidenti İlham Əliyevin çıxışı isə sentyabrın 24-də yayımlanacaq. 75-ci sessiyanın gündəliyində COVİD-19 pandemiyasından əlavə, bir sıra digər önəmli məsələlər də yer alıb. Bu məsələlər arasında ölkəmiz üçün ən önəmli olan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı ənənəvi bənd də var.     

Bu sessiyanın həm Türkiyə, həm də Azərbaycan üçün xüsusi özəlliyi də var. Çünki sessiya ərəfəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin 75-ci sessiyasının sədri seçilən türk diplomat Volkan Bozkır vəzifəsinin icrasına başlayıb. Qardaş ölkənin diplomatı BMT-nin mərkəzi qərargahında keçirilən mərasimdə 74-cü sessiyanın sədri Tijjan Məhəmməd Banddan vəzifəni təhvil alıb.

Xatırladaq ki, iyun ayında Baş Məclisdə 178 ölkənin dəstəyi ilə Türkiyədən BMT-nin Baş Məclisinin 75-ci sessiyasının sədri seçilən ilk türk diplomat Volkan Bozkır 2021-ci ilin sentyabr ayına qədər bu vəzifəni davam etdirəcək.

Ekspertlər Türkiyə nümayəndəsinin 178 səslə seçilməsini qardaş ölkənin diplomatiyasının uğurlu fəaliyyətinin və Türkiyənin beynəlxalq aləmdə artan nüfuzunun nəticəsi kimi qiymələndirirlər.

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov "Yeni Müüsavat”a bildirdi ki, sədrlik bir il müddəti nəzərdə tutur və növbəlilik əsasında bir il sonra başqa hansısa ölkənin diplomatı seçilir. 75-ci yubiley sessiyasına Türkiyə nümayəndəsinin seçilmək üçün yetərli dəstək qazanmasının özü bir uğurdur. Türkiyə üçün bu baxımdan əhəmiyyətlidir. Türkiyənin uğurunun Azərbaycanın da maraqlarına cavab verdiyini nəzərə alsaq, bu hadisənin Azərbaycan üçün də uğurlu və müəyyən əhəmiyyətli hadisə olduğunu söyləmək mümkündür: "İclaslar dövründə isə Azərbaycan və Türkyə üçün protokol çərçivəsində müəyyən əhəmiyyəti ola bilər. Amma ciddi şəkildə proseslərə böyük ölçüdə təsir edən məsələ deyil. Təbii, hər bir ölkə istəyir ki, onun nümayəndəsi bu və ya digər müddətdə BMT-nin Baş Məclisinə sədrlik eləsin. Ölkənin adının dünya mediasında bu amilə görə müəyyən dövrdə hallanması baxımından da bunu istəyirlər, əhəmiyyətli hesab edirlər. Lakin onu da nəzərə almaq lazımdır ki, iclaslarda sədr xüsusi olaraq hansısa ölkəyə tərəfkeşlik edə bilməz. Əslində tərəf tutmağa yer də yoxdur. Ölkə olaraq protokol qaydasında çıxışa yazılırsan və bunun əsasında sədr çıxışa yazılan ölkənin nümayəndəsinə çıxış üçün söz verir. Dövlət olaraq Türkiyə orada iştirak edib təmsilçisi qismində çıxış edir və Azərbaycanın mövqeyini müdafiə edir. Yəni bunun özü dəstəkdir”.


Politoloq Elçin Mirzəbəyli də bildirdi ki, BMT Baş Assambleyasının sədrləri Təhlükəsizlik Şurasının daimi üzvləri istisna olmaqla, digər üzv dövlətlərin nümayəndələri arasından 1 il müddətinə seçilir. Baş Assambleyanın sədrinin fəaliyyət çərçivəsinə plenar iclasların açılması və bağlanması, Baş Assambleyanın işinə rəhbərlik və iclaslarda nizam-intizamın, qaydaların qorunması daxildir: "Bu vəzifə nümayəndəsi BMT Baş Assambleyasına rəhbərlik edən dövlətə hər hansı xüsusi bir üstünlük vermir.  Amma bütün hallarda qardaş Türkiyənin təmsilçisinin BMT Baş Assambleyasına sədrlik etməsi müsbət haldır və Türkiyənin beynəlxalq aləmdə artmaqda olan nüfuzunu ifadə edir”.

 


OXŞAR XƏBƏRLƏR

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...