BMT dünyada ərzaq böhranı təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ ETDİ
10:49 / 03.04.2020
5641
Ümumdünya Ticarət Təşkilatının baş direktoru Robertu Azevedu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəhbəri Tsyuy Dunyuy və ÜST-ın rəhbəri Tedros Adanom Qebreisus birgə bəyanat verərək bildiriblər ki, koronavirus pandemiyası fonunda dünya ərzaq böhranı astanasındadır.
Sfera.az xarici mediaya istinadla bildirir ki, mütəxəssislər hələlik yalnız idxal və dünya ixracı ilə bağlı problemlərin yaranma ehtimalını qiymətləndiriblər.
Bununla belə, onlar dövlət başçılarını hətta epidemiyaların fonunda belə sərbəst ticarət axınlarını qoruyub saxlamaq üçün əllərindən gələni etməyə çağırıblar.
Xatırladaq ki, daha əvvəl ÜST dünyada
koronavirusa yoluxmuş insanların sayının bir milyona çatacağını bildirmişdi və
artıq bu gözlənti özünü doğruldub.
Selcan
Sfera.az