BMT baş katibi Pan Qi Mun rüşvət almaqda şübhəli bilinir

BMT baş katibi Pan Qi Mun rüşvət almaqda şübhəli bilinir

Səlahiyyət müddəti başa çatan BMT baş katibi Pan Qi Mun 2005-ci və 2007-ci illərdə ümumilikdə 200 min dollardan çox məbləğdə rüşvət almaqda ittiham olunur. Baş katibin özü bu ittihamları rədd edib.

 

APA-nın "SBS News”-a istinadən verdiyi xəbərə görə, Koreyanın "Sisa Journal” nəşrinin məlumatına əsasən, Pan Qi Mun 2005-ci ilin  yazında Koreyada səfərdə olan Vyetnam XİN rəhbərinin şərəfinə təşkil edilmiş ziyafət zamanı 200 min dollar rüşvət alıb.  

 

O zaman Koreya XİN rəhbəri və xarici ticarət vəzifəsində çalışan Pan Qi Mun Vyetnam nümayəndə heyətini qəbul edib. Məlumata görə, nümayəndə heyətinin üzvü "Taekwang” şirkətinin sahibi Pak En Ça rəsmi qəbuldan bir saat əvvəl XİN-in iqamətgahına gedərək Pan Qi Muna 200 min dollar məbləğində rüşvət verib.    

 

KİV-lər iddia edirlər ki, Pan Qi Munun adı Pak En Çanın qeyd kitabçasında iki yerdə yer alıb.  BMT baş katibinin adının qarşısında müəyyən məbləğlərin qeyd olunduğu bildirilir. Həmin sahibkarın artıq BMT baş katibi vəzifəsində çalışan Pan Qi Muna 2007-ci ildə Nyu-Yorkda daha 30 min dollar rüşvət verdiyi qeyd olunur.

 

Pan Qi Mun və Pak En Ça ittihamları rədd ediblər. Pan Qi Mun  Pak En Ça adlı şəxsi ümumiyyətlə tanımadığını iddia edir. 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...