BMT Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

BMT Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzaini qəbul edib.

Sfera.az bildirir ki, XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Q.İsakzai etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib.

E.Məmmədyarov Q.İsakzaini yeni təyinatı münasibətilə təbrik edərək, onun Azərbaycanla BMT arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Nazir ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb və əlaqələrin inkişafı üçün səylərin artırılmasının vacibliyini qeyd edib.

BMT rəsmisi təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın ANAMA və "ASAN Xidmət" kimi qurumlarının təcrübəsindən digər ölkələrin faydalanmasının zəruriliyini qeyd edib.

E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə son illər həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində son dövrlər atılan addımlar barədə danışıb.

Q.İsakzai BMT-nin bu dəhlizlərin reallaşması üçün texniki dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...