BMT ABŞ və Çinə xəbərdalıq etdi: “Münasibətləri düzəldin”

BMT ABŞ və Çinə xəbərdalıq etdi: “Münasibətləri düzəldin”
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutereş ABŞ və Çinə xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı Baş Assambleyasının toplantısında ABŞ və Çinə "soyuq müharibə" xəbərdarlığı edilərək, ikitərəfli əlaqələrin yoluna qoyulmasının zəruri olduğu bildirilib.

Antonio Qutereş insan qaynaqları, iqtisadiyyat, təhlükəsizlik və Cənubi Çin dənizinin suverenliyi ilə bağlı davam edən siyasi parçalanmalara baxmayaraq, dünyanın iki böyük iqtisadi gücünün iqlim mövzusunda əməkdaşlıq etməsi və ticarət və texnologiya mövzusunda daha güclü danışıqlar aparması lazım olduğunu söyləyib.

Rəqib geosiyasi və hərbi strategiyaların təhlükə yarada biləcəyini və dünyanı parçalayacağını bildirən Qutereş, bu uğursuz əlaqənin düzəldilməli olduğunu deyib.
 
Əzizə Zeynal
Sfera.az
 
 
 

OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...