BMT hökümət rəsmiləri üçün zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması üzrə təlim seminar keçirir

BMT hökümət rəsmiləri üçün zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması üzrə təlim seminar keçirir
 

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi 2019-cu il 11 – 12 aprel tarixlərində Hyatt Regency otelinin "Bakı” zalında "Radikallaşma və zorakı ekstremizm təhlükəsinə həssas şəxslərlə iş üzrə peşəkarlar üçün təlim” təşkil edib. Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə BMqT-in Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Həssas icmaların dayanıqlığının gücləndirilməsi" layihəsi çərçivəsində baş tutmuşdur.

 

Təlim "Həssas icmaların dayanıqlığının gücləndirilməsi" layihəsi çərçivəsində BMqT tərəfindən azərbaycan dilinə tərcümə edilərək çap edilmiş "TerRa vəsaitlər toplusu: Radikallaşmaya icma yanaşması” vəsaiti əsasında aparılır. Vəsaitin həmmüəllifləri olan xanım Magda Rooze və xanım Holly Young radikallaşma və zorakı ekstremizm təhlükəsinə həssas olan fərdlər və ya qruplar ilə işləyən hökumət rəsmilərinə potensial və ya mövcud radikallaşma əlamətlərini aşkar etmək və ona qarşı tədbir görmək üçün təlim keçmişlər. AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Diaspora ilə İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və bir sıra vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirak etdiyi təlim-seminar ümumilikdə və Azərbaycanın timsalında radikallaşma prosesinə dair məlumatlılığı və anlayışı artırmaq, iştirakçılara risk altında olan həssas şəxslərin radikallaşma əlamətlərini tanımağa, radikallaşmış şəxslərin ailə üzvlərinin təcrübəsini bölüşməyə, radikallaşmanın qarşısını almaq üçün onlara lazım olan bilikləri verməyi nəzərdə tutur.

 

 


OXŞAR XƏBƏRLƏR