“Bloomberg”in analitikləri neftin qiymətinə dair proqnoz verdi

“Bloomberg”in analitikləri neftin qiymətinə dair proqnoz verdi

 

2017-ci ildə Brent markalı neftin qiyməti orta hesabla bir barel üçün 58 dollar təşkil edəcək ki, bu da onun cari ildəki qiymətindən 29% çoxdur.

Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg” agentliyinin 24 analitik arasında apardığı sorğunun nəticələri deməyə əsas verir.

Analitiklər qeyd edirlər ki, bu artım, o cümlədən gözlənildiyi kimi, OPEK-in hasilatın azaldılmasına dair qərarı ilə də şərtlənəcək.

Brent markalı neftin orta proqnoz qiyməti I rübdə bir barelə görə 53 dollar, II rübdə 56 dollar təşkil edəcək. WTI, ehtimal edildiyi kimi, bir barelə görə 1,4 dollar ucuz olacaq.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 55,93 və 53,78 dollara satılır.


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...