Bölgələrdəki bəzi hotellər müştərilərdən hələ də nikah şəhadətnaməsi tələb edir

Bölgələrdəki bəzi hotellər müştərilərdən hələ də nikah şəhadətnaməsi tələb edir
 Bakıda artıq belə hal qeydə alınmasa da, bölgələrdə bir neçə hotel hələ də yerləşdirmə üçün birlikdə müraciət edən, Azərbaycan vətəndaşları olan kişi və qadından nikah şəhadətnaməsi tələb edir.

Sfera.az xəbər verir ki, unu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, əcnəbi müştərilərdən isə həmin hotellər nikah haqqında şəhadətnamə tələb etmirlər:

"Hotellərin nikah kağızı tələb etməsi qanuna ziddir. Çünki şəxsiyyəti təsdiq edən sənəd təqdim edildiyi halda, hotel müştərini qəbul etməlidir. Əgər hotel şəxsiyyət vəsiqəsini qəbul etmirsə, ilk növbədə Azərbaycan vətəndaşına qarşı və ölkə tərəfindən tanınan şəxsiyyət vəsiqəsinə hörmətsizlik edir”.

Belə halların İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına zidd olduğunu deyən N.Bağırov qeyd edib ki, hotelə getdiyi zaman nikah şəhadətnaməsi tələb olunan şəxslər hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməlidirlər:

"Əvvəllər şikayət ərizəsi ilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmək olardı. Hazırda turizm fəaliyyəti üçün lisenziyanın verilməsi ləğv edildiyindən bu sahəyə nəzarət etmək mümkün olmur. Ona görə də belə hallarla rastlaşan şəxslər yalnız məhkəmələrə müraciət edə bilərlər. Hər bir vətəndaşın hüququ var ki, məhkəməyə müraciət etməklə öz haqqını qorusun”.
Türkiyədə halal standartı ilə fəaliyyət göstərən hotellərin olduğunu və oraya yalnız nikahda olan şəxslərin yerləşdirilməsinə icazənin verildiyini deyən N.Bağırov qeyd edib ki, belə hotellər halal standartı ilə bağlı digər tələblərə də riayət edirlər:

"Əgər hotel sırf bu tələblərə riayət edərək fəaliyyət göstərirsə, buna etirazımız yoxdur. Ancaq hotel buna əməl etməyib bircə nikah kağızını tələb edirsə, bu, hörmətsizlikdir. Hotel nikah kağızının təqdim edilməsi tələbini həm yerli, həm də əcnəbi vətəndaşa şamil etməlidir və onlayn bronlaşdırma zamanı da belə bir şərtin olduğunu ayrıca olaraq, göstərməlidir”.

OXŞAR XƏBƏRLƏR

Ukraynanın Baş naziri: "Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq"

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmı...

Ağdamda minaatan qurğular aşkar edildi

  Ağdam rayonunda minaatan qurğular aşkar edilib.   DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ağda...

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...

Türkiyədə zəlzələ baş verdi - Bu məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İda...

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...