Biznes və marketinq rəhbərləri üçün qlobal şirkətlərdən pulsuz təlim - Qeydiyyat üçün son gün

Biznes və marketinq rəhbərləri üçün qlobal şirkətlərdən  pulsuz təlim -  Qeydiyyat üçün son gün
 

Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı, qlobal Unite Edelman şirkətinin təşkilati dəstəyi ilə sabah saat 14.00-da Bakı Marketinq Forumu başlanır. Bu gün qeydiyyat üçün sonuncu gündür. Onlayn formatda keçirilən forumun mövzusu "Dəyişən müştəri davranışlarına uyğun brend hekayəsinin yaradılması”na həsr edilib.

Tədbir biznes sahibləri, marketinq və reklam direktorları, korporativ rəhbərlər, eləcə də biznes və marketinq sahəsinə aidiyyəti olan digər şəxslər üçün nəzərdə tutulub. Burada məqsəd COVID-19-un təsiri ilə bazar trendlərində, müştəri davranışlarında baş verən dəyişiklikləri təhlil etmək, vəziyyətə uyğun real həllər tapmaqdan ötrü ən yaxşı beynəlxalq təcrübələri nəzərdən keçirməkdir.

Bakı Marketinq Forumu iki sessiyadan ibarət olacaq. Birinci sessiyada daha çox inam effektinə diqqət yönələcək. İştirakçılar McKinsey şirkətinin hesabatına əsasən, COVID-19-un müştəri ilə brend arasındakı əlaqələrdə yaratdığı əsas fəsadlar haqqında öyrənəcəklər. Yeni şəraitdə müştərilərin məhsul və xidmətlərdən əsas gözləntiləri barədə təhlili məlumatlar təqdim olunacaq.

 

Forumun ikinci sessiyası isə müştəri düşüncəsindəki qeyri-müəyyənliklərin həlli məsələlərinə həsr ediləcək. Bu sessiyada əsasən, COVID-19 şəraitində B2C və B2B modeli üzrə müştəri və məhsul arasındakı münasibətlər haqqında fikirlər dinləniləcək. Bizneslərin yeni vəziyyətlə üzləşdiyi zamanda brend hekayələrinin müştərilərin ehtiyac və vərdişlərinə uyğunlaşdırılması yolları axtarılacaq.

Forumun spikerləri Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, McKinsey, Edelman, Unilever, TAB Food Investments, Azercell şirkətlərinin marketinq sahəsində beynəlxalq təcrübəyə malik ekspertləridir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli bildirib:"İstənilən böyük dəyişiklik bizneslər üçün müxtəlif problemlərlə yanaşı, yeni fürsətlər də gətirir. COVID-19 da bu baxımdan istisna sayılmamalıdır. Qlobal brendlərin iştirakı ilə belə bir forumun keçirilməsi isə mövcud vəziyyətin düzgün dəyərləndirilməsi, təcrübə mübadiləsinin aparılması və şəraitə uyğun həllərin tapılması baxımından faydalı olacaq. Bakı Marketinq Forumu bizim üçün bir başlanğıcdır. Belə bir təcrübə mübadiləsi ənənəsini biznes üçün digər əhəmiyyətliistiqamətlərdə də davam etdirəcəyik”.

Bakı Marketinq Forumu haqqında ətraflı məlumatlarıburadanöyrənmək və tədbirdə iştirak üçün qeydiyyatdan keçmək olar. Forumda iştirak ödənişsizdir.Tədbir Azərbaycan dilində keçiriləcək, ingilis dilinə sinxron tərcümə təmin ediləcək.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...